Haaland Premyer Liqada 21-ci əsrin rekordunu  qırdı
01 sentyabr 2024 08:48 (UTC +04:00)

Haaland Premyer Liqada 21-ci əsrin rekordunu qırdı

Avqustun 31-də İngiltərə Premyer Liqasının 3-cü turunun "Vest Hem Yunayted" və "Mançester Siti" komandalarının oyunu baş tutub. Qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Mançester Siti”nin ulduzu norveçli hücumçu Erlinq Haaland bu görüşdə üç qol vurub. Bununla da o, 21-ci əsr Premyer Liqası tarixində komandanın ilk üç oyununda iki het-trik edən ilk futbolçu olub.

Premyer Liqanın ilk üç oyununda iki het-trik edən ilk oyunçu 1994/1995 mövsümündə Bredfordlu Paul Jevell olub.

Erlinq Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Norveçli “şəhərlilər”in heyətində bütün yarışlarda 102 oyunda iştirak edib, 97 qol vurub və 14 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Oxşar yazılar