Prezident və ailəsi səs verdi  -FOTO  -VİDEO  -YENİLƏNİB
01 sentyabr 2024 14:19 (UTC +04:00)

Prezident və ailəsi səs verdi -FOTO -VİDEO -YENİLƏNİB

Xəbərə foto əlavə edilib.

 

***

13:12

Xəbərə video əlavə edilib.

 

***

09:56

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Sonra birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs verdilər.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 579 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 8 namizəd mübarizə aparır.

***

Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilir.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368
avatar

Oxşar yazılar