La Liqa klubundan 20 milyonluq  transfer
01 sentyabr 2024 07:30 (UTC +04:00)

La Liqa klubundan 20 milyonluq transfer

İspaniyanın “Real Sosyedad” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi “Kopenhagen”dən Ossi Ouskarssonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb.

“Marca”nın xəbərinə görə, “Real Sosyedad” Ouskarsson üçün 20 milyon avro ödəyəcək.

İslandiyalı forvard “Kopenhagen”də 62 oyunda 23 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405
avatar

Oxşar yazılar