Xalq artisti Emin Ağalarov rusiyalı jurnalistlərə verdiyi son müsahibədə maraqlı açıqlama verib.
Lent.az xəbər verir ki, müğənni “Məni həyatımda cəmi bir dəfə işdən qovublar, o da öz xahişimlə. Məni işdən qovan adam Tramp idi”,- deyə bildirib.
Emin qeyd edib ki, bu hadisə onun klip çəkilişləri üçün təşkil edilib.
“Amerikadaydıq. Klip çəkilişlərimiz gedirdi. Trampla təsadüfən qarşılaşdıq. Ona təklif elədim, razılıq verdi. Elə Trampın iclas otağında o səhnə çəkildi”,- deyə Xalq artisti bildirib.