İKT Xarici İşlər Nazirləri “Xocalıya Ədalət” beynəlxalq kampaniyasını dəstəklədi
Bu gün İslam Konfransı Təşkilatları (İKT) Xarici İşlər Nazirləri (İKT XİN) Şurasının Dəməşqdə keçən 36-cı Sessiyası öz işini yekun qərarların qəbulu ilə bitirib. Lent.az-ın məlumatına görə, İKT Xarici İşlər Nazirləri, Sessiyanın sonuncu iclasında İslam Konfransı Təşkilatı Gənclər Forumu (İKT GF) haqqında qəbul etdikləri yekun qətnamədə “Xocalıya Ədalət” kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırıblar.
İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan kampaniya qətnamədə İKT ölkələrinin dünyada haqq səsinin ucaldılması işində mühüm təşəbbüs kimi qiymətləndirilib. Eyni zamanda İKT XİN konfransı qərarı üzv dövlətləri kampaniyanı əsas məqsədinə çatanadək yəni Xocalıda törədilmiş kütləvi qırğına üzv ölkələr tərəfindən və beynəlxalq səviyyədə düzgün qiymət verilənədək təşəbbüsü dəstəkləməyə çağırır.
Konfransda Forumun nümayəndə heyətinə başçılıq edən İKT GF Baş Katibi Elşad İskəndərov sənədi şərh edərkən bunları deyib: “Suriyanın paytaxtı Dəməşqdə qəbul edilmiş bu qətnamə mühüm siyasi əhəmiyyət daşıyır. Yekdilliklə qəbul edilmiş sənəddə Azərbaycanın milli maraqları baxımından çox əhəmiyyətli olan “Xocalya Ədalət” kampaniyasına 57 ölkə yüksək siyasi səviyyədə tam dəstək verib. Qətnamə həm İKT üzv dövlətlərini kampaniyada fəal iştirak etməyə, həm də dünya birliyini faciəyə siyasi və mənəvi qiymət verməyə, bununla da Azərbaycan xalqına qarşı törədilmiş bu misilsiz ədalətsizliyi aradan qaldırmağa çağırıb. Qeyd etmək lazımdır ki, adətən ümumi proseslərdən bəhs edən bu beynəlxalq təşkilatın qətnaməsində məhz konkret kampaniyanın dəstəklənməsi dünya birliyinin hardasa dörddə biri tərəfindən Leyla xanım Əliyeva tərəfindən irəli sürülmüş təşəbbüsün beynəlxalq əhəmiyyətinə verdiyi yüksək qiymətdir və eyni zamanda Azərbaycan diplomatiyasının uğurudur”.
“Eyni zamanda artıq 3-cü il ənənəvi olaraq İKT Xairici İşlər Nazirləri öz qərarlarında Xocalı faciəsini insaniyyətə qarşı cinayət olaraq kütləvi qırğın kimi dəyərləndiriblər. Praktiki baxımdan isə İKT qətnaməsində verilən dəstək kampaniyanın qarşıdan qələn müddətdə həm İKT ölkələri, həm də dünya miqyasında daha əzmlə və əsaslı şəkildə aparılması üçün zəmin yaradır”.
Qeyd edək ki, ekspertlər Şurasında Azərbaycan heyəti tərəfindən irəli sürülən qətnaməyə dəstək olaraq bir sıra İKT ölkələri söz alaraq dəstək çıxışları ediblər.

1025