Türkiyə hökuməti özünə yaxın olan qəzetin xəbərini təkzib etdi
Hökumət Ərdoğanın Azərbaycan qadın millət vəkilləri haqqında söylədiyi fikirlərə dair məlumatlarla bağlı açıqlama yayıb
Türkiyə baş nazirinin aparatı Rəcəb Tayyib Ərdoğanın bu ölkədə səfərdə olmuş Azərbaycanın qadın millət vəkilləri haqqında söylədiklərinə dair mətbuatda çıxan xəbərləri təkzib edib.
Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, aparatın yaydığı açıqlamada deyilir: “Mayın 20-də Ədalət və İnkişaf Partiyasının qapalı toplantısı ilə bağlı iki gündür, bəzi qəzetlərdə yayımlanan xəbərlərdə yanlış məlumatlar yer alıb. Azərbaycanın hörmətli millət vəkilləri başda olmaqla, müxtəlif mövzularda baş nazirə istinadən yazılan ifadələr həqiqəti əks etdirmir. İctimaiyyəti qaynağı bəlli olmayan bu cür söz-söhbətə etibar etməməyə çağırırıq”.
Qeyd edək ki, Türkiyə hökumətinə yaxın “Star” qəzeti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi görüşdə azərbaycanlı qadın millət vəkillərinin Türkiyəyə səfərinin də müzakirə olunduğunu yazıb. Qəzetin iddiasına görə, R. T. Ərdoğan öz partiyasının millət vəkillərinə deyib ki, həmin qadınların Türkiyədə bəzi “dərin” dairələrə əlaqəsi var və onların məqsədi iki ölkə hökumətləri arasında münasibətləri pozmaqdır. R. T. Ərdoğan “dərin dairələr” deyərkən gizli terror təşkilatı olduğu iddia edilən “Ergenekon”a işarə vurub.
Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmdə olarkən Azərbaycanın bir qrup qadın millət vəkili Türkiyəyə səfər edərək bu cəhdin əleyhinə təbliğat aparıb. Səfər Türkiyədə böyük-əks səda doğurub.

842