“Qarabağ problemi Türk dünyasının ortaq problemidir”
Bu gün Media Mərkəzində “Ortaq Dəyərlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Qarabağ problemi Türk dünyasının ortaq problemidir” layihəsi çərçivəsində müzakirələrin yekunu ilə bağlı toplantı keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, layihə çərçivəsində Azərbaycan və Türk dünyası mediasında xeyli sayda məqalələr və müsahibələr yerləşdirilib, layihənin effektivliyinin gücləndirilməsi üçün sayt yaradlıb.
Bundan başqa, Türk dünyasının müxtəlif bölgələrindən gəlib Azərbaycanda təhsil alan tələbələrlə iki seminar keçirilib, Ermənistanın işğalçılıq siyasəti və Azərbaycanın ədalətli mövqeyi barədə ətraflı məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Cavid Vəliyev və Türkiyənin
Bilkent Universitetinin müəllimi Hasan Ali Karasar Qarabağ probleminə türkdilli ölkələrdə münasibətlə bağlı danışıblar. “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, Bir Millət Yeddi Dövlət Konseyinin başqanı Azər Həsrət, türkoloq Ənvər Börüsoy, Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli, güney azərbaycanlı Sirus Azadi, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri Kadir Yıldız və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07