Deputatlar və icra başçıları əsgərlərlə görüşüb
Lent.az-ın məlumatına görə, deputatlar Qənirə Paşayeva, Zahid Oruc və Mahir Aslanov, həmçinin Goranboy və Naftalan rayon İcra hakimiyyətlərinin başçıları, Respublika Qarabağ Müharibəsi Əlilləri cəmiyyətinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Fizuli Rzaquliyev, müavini Mübariz Quliyev, Respublika Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri Hacı Rəfiqə Əsgərova, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Həvva Məmmədovanın da iştirak etdiyi tədbirlərdə əsgərlər və hərbiçilər bayram münasibətilə təbrik edilib.
Deputatlar hərbçilər qarşısında çıxış edərək Silahlı Qüvvələrə göstərilən dövlət qayğısından danışıb, onlara xidmətlərində uğurlar arzulayıblar. Tədbirdə qeyd olunub ki, bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri altında dövlətin ərazi bütövlüyünü təmin etmək, torpaqları işğaldan azad etmək imkanlarına malikdir. Onlar bayram günlərində əsgərlərlə birlikdə olmağın çox vacib olduğunu bildiriblər: “Biz arzu edirik ki, inşallah Ali Baş Komandanın başçılığı və hərbiçilərimizin iştirakı ilə torpaqlarımızı işğaldan azad edək və gələn il Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili işğaldan azad torpaqlarımızda qeyd edək”.
Çıxışlardan sonra xidmətdə fərqlənən əsgərlərə və zabitlərə hədiyyələr təqdim edilib. Tədbirin sonunda Azərbaycanın tanınmış müğənniləri hərbçilər qarşısında konsert proqramı ilə çıxış ediblər.

610