Azərbaycan və Türkiyə arasında əməkdaşlığa dair Birgə Bəyannamə ratifikasiya edilib
Milli Məclisin bu gün keçirilən iclasında «Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması haqqında» Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, qanun layihəsi barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
S. Seyidov bildirib ki, Şuranın tərkibində birgə energetika komissiyasının, təhsil komissiyasının, Vətəndaş Cəmiyyəti Forumunun təsis edilməsi, vaxtaşırı ayrı-ayrı sahələr üzrə müvafiq qurumların nümayəndələrinin görüşlərinin təşkili nəzərdə tutulur. Bəyannamədə hərbi və təhlükəsizlik məsələlərlə əlaqədar təşkilatlar arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ifadə olunub. Şuraya hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa dair məlumatlar və təkliflər müvafiq nazirliklər tərəfindən təqdim olunacaq.
Sonda sənəd səsə qoyularaq 93 lehinə, 1 nəfər bitərəf olmaqla qəbul edilib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29