Qənirə Paşayeva Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmalar Mərkəzinin direktoru ilə görüşüb
Millət vəkili Qənirə Paşayeva Misirin Ayn Şəms Universitetinin Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmalar Mərkəzinin direktoru professor Camal Şaqra ilə görüşüb.
Qənirə Paşayevanın Lent.az-a verdiyi məlumata görə, görüş zamanı millət vəkil Camal Şaqraya Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini bu gün də işğal altında saxlamaqda davam etməsi, 1 milyon azərbaycanlının öz yurd-yuvasına qayıda bilməməsi, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mövcud vəziyyət, Ermənistanın münaqişənin tənzimlənməsi istiqamətində, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində heç bir addım atmaması və bölgədə gərgin olan vəziyyəti daha da gərginləşdirməsi ilə bağlı ətraflı məlumat verib.
Camal Şaqra isə Ayn Şəms Universitetinin, o cümlədən Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmalar Mərkəzinin Azərbaycan həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını söyləyib. O xatırladıb ki, Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı və dövlət terrorunun günahlandırılması” adlı elmi simpozium keçirilib.
Camal Şaqranı Azərbaycanın ən yaxşı dostlarından biri adlandıran Qənirə Paşayeva Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmalar Mərkəzinin Azərbaycanın müxtəlif universitetləri və mərkəzləri ilə əlaqələrini daha da genişləndirilməsini vacib sayıb. Camal Şaqra da Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını, bu istiqamətdə yeni layihələrə başlamaq istədiklərini dilə gətirib və bu layihələrlə bağlı millət vəkilinə məlumat verib.
Qənirə Paşayeva Camal Şaqraya Azərbaycanla bağlı xatirə hədiyyəsi və Azərbaycan həqiqətlərini, mədəniyyətini özündə əks etdirən kitablar və sənədli filmlər hədiyyə edib. Millət vəkili Mərkəzin kitabxanasına da baş çəkib, kitabxanada yaradılan Azərbaycan bölümü ilə tanış olmuş. Millət vəkili kitabxanaya Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, mədəni-tarixi və dini abidələri dağıtması, Xocalı soyqırımı, azərbaycanlı əsir və girovlar barədə, o cümlədən Azərbaycan tarixi və mədəniyyətinə dair ərəb və ingilis dillərində kitablar, sənədli filmlər və materialları hədiyyə edib.
Qənirə Paşayeva universitetin bir qrup müəllim və tələbələri ilə də görüşüb. Millət vəkili görüşün sonunda Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmalar Mərkəzinin direktoru Camal Şaqranı Azərbaycana dəvət edib. Camal Şaqra Azərbaycana yenidən səfər etməkdən şad olacağını vurğulayıb.

Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28