“Borçalı”da “Şida Kartli bölgəsindəki türklər”dən danışılıb
Lent.az-ın “Borçalı” İctimai Birliyi mətbuat xidmətinə istinadən məlumatına görə, tədqiqatçı alim Şahbaz Şamıoğlu tədbirin mahiyyəti haqda qısa danışdıqdan sonra sözü cəmiyyətin sədri Zəlimxan Məmmədliyə verib.
Sədr məclisin mövzularının Borçalının tədqiqinə yönəldiyinə xüsusi diqqət ayıraraq, tədqiqatçı alimləri bu prosesdə daha fəal olmağa çağırıb: “Konkret Şida-Kartli quberniyasında tarixən məskunlaşmış Azərbaycan türklərinin tarixi, etnoqrafiyası, adət -ənənələri, dialekti, məişəti, toponimiyası, folkloru ciddi şəkildə araşdırılmayıb. Ona görə informasiya məkanında bu bölgədəki türklər haqqında heç bir tutarlı məlumat yoxdur. Bu, təəssüf doğuran haldır. Halbuki həmin quberniyanın Kaspi, Kareli, Qori və qonşu Mtsxeta rayonlarında 20-dən çox türk kəndi vardır ki, orada 15-20 min soydaşımız yaşayır.
Həmin ərazidə bütün məktəblər gürcü dilindədir. Cəmi 1 məktəbdə Çxiciri kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı kursu fəaliyyət göstərir, onun da himayəyə ciddi ehtiyacı var. O kursu dəyərli eloğlumuz Cambul Məmmədov öz şəxsi fədakarlığı hesabına saxlayır. Ən azı assimilyasiyanın qarşısının alınması üçün bütün məktəblərdə belə kurslar təşkil olunmalıdır».
Sonra əsas məruzə üçün söz tədqiqatçı, filoloq-şair İmir Məmmədliyə verilib. O, gürcü və türk mədəniyyətinin özünə məxsusluqlarını və oxşar tərəflərindən söz açaraq, həmin bölgəni bu baxımdan unikal bölgə adlandırıb. Bölgədə türklərin məskunlaşmasının mənşəyi haqda müxtəlif versiyalar olduğunu bildirməklə həmin bölgənin ciddi tədqiq olunmasının vacibliyindən danışıb. Həm də həmin bölgənin iki yad mədəniyyətin birgə yaşayışının mükəmməl bir nümunə olduğunu və bu baxımdan da öyrənilməsinin zəruriliyini bildirib.
Daha sonra Şida-Kartlidən gələn ziyalı Gülmalı Həsənoğlu bölgənin mövcud durumu, problemləri və onların həll yolları haqda ətraflı məruzə edib.
Mövzu ətrafında AMEA-nın müxbir üzvü Ramiz Məmmədov, professorlar Hidayət Nuriyev, Ədilxan Abdullayev, Tapdıq Həsənov, tədqiqatçı alimlər Məmməd Sarvan, Elbəyi Cəlaloğlu, Asif Ozan, Şuşa Birlik Cəmiyyətinin üzvü Tariyel bəy, Sənəm Səbayel və digərləri çıxış edərək təkliflərini bildiriblər.
Sonda İmir Məmmədli, Şahbaz Şamıoğlu, Elbəyi Cəlaloğlu, Şurəddin Məmmədli, Kərəm Məmmədli və Məmməd Sarvandan ibarət tədqiqat qrupu yaradılıb. Onlara Gürcüstanın Şida-Kartlidəki türklərin müxtəlif sahələr üzrə tədqiqi üçün təkliflər hazırlamaq həvalə olunub. Tədbirin sonunda Kaspi rayonundan gəlmiş aşıq Nargilə Nəbiqızı və Araz Uzunalovun gözəl ifaları dinlənilib.
Sədrəddin Soltan

935