“Ölünün ayağı çöldə qalmışdı” – Bakıdakı qətlin ŞOK DETALLARI
04 noyabr 2025 16:28 (UTC +04:00)

“Ölünün ayağı çöldə qalmışdı” – Bakıdakı qətlin ŞOK DETALLARI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, təqsirləndirilən Qasım Xankişiyev  məhkəmə müdafiə vəkillərinin suallarını cavablayıb. Q. Xankişiyev hadisə baş verən günü evində olduğunu deyib:

"Mən noyabrda ölkəyə qayıtmışam, yəni  o öldükdən sonra qayıdıb gəlmişəm. Qatil Elşəndir. Bacım öldüyü gün tezdən çağırdı, getdim ki, Səxavətlə Elşən dalaşır. Mən gəlib çatanda ölmüşdü artıq, xırıldayırdı. Köməkləşib quyuya atdıq. Quyu köhnədən var idi, heç kim onu qazmayıb. Quyu necə qazıla bilər ki, ölünün ayağı çöldə qalmışdı".

Məhkəmə ilkin istintaqın videosunu nümayiş etdirib. Bundan sonra "Mən burada göstərilənləri deyil,  məhkəmə zalında verdiyim ifadəni təsdiq edirəm".

Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısının və müdafiə vəkillərinin suallarını cavablandırıb.

Məhkəmə növbəti prosesi 9 dekabr saat 15:10-a  təyin etdiyini elan etdi.

Xatırladaq ki, hadisə Bakının Qaradağ rayonunun Sənqəçal qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.

Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb.İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 620

Oxşar yazılar