Şimali Koreyanın "boz kardinalı”  öldü
04 noyabr 2025 16:07 (UTC +04:00)

Şimali Koreyanın "boz kardinalı” öldü

0

Şimali Koreya parlamentinin keçmiş spikeri və uzun müddət ölkənin "protokol lideri" hesab edilən Kim Yonq-nam 97 yaşında vəfat edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ölümün səbəbinin çoxsaylı orqan çatışmazlığı olduğu bildirilib.

Kim Yonq-nam 1998-ci ildən 2019-cu ilə qədər Ali Xalq Məclisinin sədri vəzifəsində çalışıb. Bu vəzifə onu rəsmi olaraq ölkənin rəsmi protokolunda "dövlət başçısı" kimi qiymətləndirir. Lakin faktiki hakimiyyət həmişə Kim Çen In və ailəsində olub.

Cənubi Koreyanın birləşmə naziri Çunq Donq-yonq, Yonq-namın ölümündən sonra yayımlanan bir mesajda yazıb: “Biz 2005 və 2018-ci illərdə Pxenyanda sülh üçün konstruktiv dialoq apardıq".

Çunq həmçinin xatırladıb ki, 2018-ci il görüşü "Şimal-Cənub dialoqunun bərpası üçün zəmin yaradıb".

Kim Yon-nam uzun müddətdir beynəlxalq səviyyədə Şimali Koreyanın diplomatik siması kimi tanınırdı. Qərb diplomatları onu rejimin ən qətiyyətli və ünsiyyətcil nümayəndələrindən biri kimi təsvir edirdilər. Ekspertlər Yon-namın ölümünün Şimali Koreyanın xarici siyasət ənənəsində əhəmiyyətli bir boşluq yaradacağını bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar