Azərbaycan BMT-yə daha iki sənəd təqdim edib
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi qurumun Təhlükəsizlik Şurası və Baş Assambleyasına daha iki sənəd təqdim edib.
APA-nın ABŞ bürosunun məlumatına görə, 2008-ci il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul olunan “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında” qətnamə layihəsinin 8-ci bəndində nəzərdə tutulub ki, Baş Assambleyanın Baş Katibi quruma həmin qətnamənin həyata keçirilməsi haqqında hesabat təqdim etsin. Azərbaycan tərəfi də bu imkandan istifadə edərək BMT Baş Assambleyasına və Təhlükəsizlik Şurasına dörd hesabat təqdim edib.
Sənədlərdən biri Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyevin BMT-nin baş katibinə ünvanladığı “Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərində baş vermiş münaqişə haqqında BMT və digər beynəlxalq təşkilatların Azərbaycana verdiyi dəstək barədə hesabat” adlanır. 11 səhifəlik hesabatda Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlara hərbi təcavüz edərkən və sonrakı müddətdə beynəlxalq qurumların Azərbaycanın mövqeyinə göstərdiyi dəstək əksini tapıb. BMT baş katibinə bu günə kimi İslam Konfransı Təşkilatı, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, ABŞ Dövlət Departamenti, Rusiya, İran və Türkiyənin Xarici İşlər nazirliklərinin, Avropa Birliyi, Avropa Şurası, NATO-nun, 1993-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Türkiyədə, həmin il ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk konfransı zamanı qurumun sədrinin verdiyi bəyanatlar, orada adı çəkilən qurumların Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşması barədə qəbul olunan qətnamələr təqdim olunub. Siyahını 2008-ci il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasının qəbul etdiyi 62/243 saylı qətnamə tamamlayır. Məktubda həmin qətnamədən gətirilən sitatda bildirilir: “Baş Assambleya bir daha Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünə hörmət nümayiş etdirərək, işğal olunmuş ərazilərdən bütün erməni qüvvələrinin tam, şərtsiz və dərhal çıxarılmasını tələb edir. Eyni zamanda Assambleya torpaqlarından qovulan vətəndaşların öz yurdlarına qayıtması hüququnu tanıyır”.
Baş Katibə ünvanlanan ikinci məktub “Azərbaycan ərazisinin işğal edən hərbi meylli Ermənistan dövlətinin beynəlxalq hüquqi öhdəlikləri haqqında hesabat” adlanır. 30 səhifəlik hesabatda üç suala cavab istənilir:
1. Beynəlxalq hüquqa görə Ermənistan Azərbaycan ərazisini işğal edən dövlət sayılırmı? 2. Əgər birinci suala cavab müsbətdirsə, onda Azərbaycanın ərazisini işğal edən Ermənistanın həmin ərazilərdə ictimai asayişin təmin edilməsi, Azərbaycanın hüquqi sisteminin qorunub saxlanması, insan haqlarının təmin edilməsi kimi sahələrdə öhdəliyi nədir?
3. Ermənistanı beynəlxalq hüquq öhdəliklərini yerinə yetirməsinə necə vadar etmək olar?
Hesabatda bildirilir ki, dövlətin ərazisinin işğalı beynəlxalq hüquqda üç sənəddə: 1907-ci ildə qəbul olunan “Haaqa Əsasnaməsi”, 1949-cu ilin “Müharibə vaxtı mülkü vətəndaşların qorunması haqqında Cenevrə Konvensiyası” və həmin konvensiyaya 1977-ci ildə edilən 1-ci Əlavə Protokol vasitəsi ilə təmin olunur. Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin BMT-yə təqdim etdiyi hesabatda vurğulanıb ki, Ermənistan bütün üç sənədi ratifikasiya edib, ona görə də beynəlxalq hüquq sisteminin üzvüdür. Hesabatda Ermənistanın beynəlxalq hüquq normasına görə işğalçı olmasını sübut edən faktlar sırasında rəsmi İrəvanın çox istinad etdiyi 1975-ci il Helsinki Yekun Aktından da istinadlar gətirilib. Sənəddə qeyd olunur: “İştirakçı dövlətlər bir-birinin ərazisini işğal etməkdən çəkinməlidir və ya beynəlxalq hüquq normalarına zidd olaraq zor tətbiq etməklə, təhdid etməklə əraziləri işğal etməməlidir. Heç bir işğal və bu tipli torpaq əldə etmək cəhdi qanuni sayılmayacaq”.
Ermənistanın Azərbaycan ərazisinin işğal edən dövlət olduğunu sübut edən faktlar sırasında “Human Rights Watch” təşkilatının 1994-cü ildə hazırladığı hesabata, BMT-nin İnsan Haqları və İqtisadi, Sosial Mədəni Hüquqlar Komitələrinin rəsmi sənədlərinə, ABŞ Dövlət Departamentinin illik hesabatlarına, “Freedom House”-un 2006-ci il hesabatına, Beynəlxalq Böhran Qrupunun 2005-ci il hesabatına, Avropa Şurası Baş Assambleyasının 2005-ci il qətnaməsinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və Baş Assambleyanın 14 mart 2008 ildə Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı 62/243 saylı qətnaməsinə istinad edilir.
Hesabatın sonunda beynəlxalq hüquq normalarına əsasən, Ermənistanın hərəkətlərinə dair 21 maddədən ibarət öhdəliklər düşdüyü müəyyən olunub. Onların sırasında Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarındakı hərəkətlərinin beynəlxalq humanitar hüquq bəndlərinə şamil olunduğu, həmin ərazilər üzərində rəsmi suverenitetin yaradılmasının beynəlxalq hüquqla mümkün olmadığı, itkin düşmüş 4210 Azərbaycan vətəndaşına görə məsuliyyət daşıdığını və hərbi cinayətlərdə iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinün mümkünlüyü sübut olunub.
Xatırladaq ki, bu, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin Baş Assambleya və Təhlükəsizlik Şurasına yolladığı və Ermənistanın işğalçı addımlarına hüququ qiymət verən 4-cü hesabatdır. Birinci iki hesabat ötən il dekabr ayının 24 və 29-da nüfuzlu qurumlara yollanılıb. Birinci hesabat “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün hüquqi fəsadları barədə hesabat”, digəri isə “Dövlətlərin ərazi bütövlüyünün təməl norması və Ermənistanın revizionist iddiaları fonunda öz müqəddəratını təyinetmə hüququ barədə hesabat” adlanır.

1268