Millət vəkili Zahid Oruc “Xocalı soyqırımı haqqında” qanun layihəsi hazırlayıb (TAM MƏTN)
25 fevral 2009 19:00 (UTC +04:00)

Millət vəkili Zahid Oruc “Xocalı soyqırımı haqqında” qanun layihəsi hazırlayıb (TAM MƏTN)

Azərbaycan Milli Məclisinin üzvü Zahid Oruc “Xocalı soyqırımı haqqında”
Azərbaycan Respublikasinin Qanununun layihəsini hazırlayıb. Millət vəkilinin Lent.az-a təqdim etdiyi layihəni oxucuların diqqətinə çatdırırıq:

Xocalı soyqırımı haqqında
Azərbaycan Respublikasinin Qanunu (Layihə)

Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir:

-1992-ci il fevralın 26-da Azərbaycan Respublikasının Xocalı şəhərində qətlə yetirilmiş yüzlərlə sakinin xatirəsini əziz tutaraq;
-bu qəddar aksiyanın faciəsini həyatında yaşayan hər bir vətəndaşa hörmət edərək;
-gələcək nəsillər qarşısında məsuliyyətini və tarixi ədaləti təmin etməyin vacibliyini dərk edərək, həmçinin zorakı hərəkətlərin qarşısının alınması zəruriliyini qeyd edərək;
-Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı aksiyanın məqsədinin millətimizin varlığının məhv edilməsi, özünəməxsusluğunun və çoxminillik tarixi ənənələrnin dağıdılması olduğunu yəqin edərək;
-9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 A saylı qətnamə ilə qəbul edilən «Soyqırımın qarşısının alınması və ona görə cəza» haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statutunu, həmçinin «Xocalı soyqırımı günü haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutaraq qərara alır:

Maddə 1. Xocalı faciəsinin siyasi qiyməti və ona məruz qalmış şəxslərin statusu

1.1 26 fevral 1992-ci il Xocalı faciəsi Azərbaycan xalqına qarşı Ermənistan Respublikasının soyqırım aktı hesab olunur.
1.2 Xocalı soyqırımnda amansızlıqla qətlə yetirilmiş insanlar «soyqırımı qurbanları» kimi qəbul edilir.
1.3 Genosid aktının baş verdiyi Xocalı şəhərinin maddi və mənəvi sərvətlərinin dağıdılmasını nəzərə alaraq ona «soyqırıma məruz qalmış şəhər» statusu verilir və bu dövlət siyasətində nəzərə alınır.
1.4 Faciəyə məruz qalmış şəxslərin qalan ailə üzvlərinin və yaxınlarının «soyqırımı qurbanları»nın statusu əsasında sosial və mənəvi reabilitasiyasını təmin etmək məqsədilə xüsusi muavinət və bir sıra hüquqi güzəştlər müəyyənləşdirilir.
1.5 Müvafiq icra hakimiyyəti orqanları soyqırım qurbanlarına və bütün Xocalı sakinlərinə dəymiş maddi və mənəvi ziyanın miqyasını müəyyənləşdirilir və Ermənistan Respublikasının təzminat ödəməsi üçün Beynəlxalq məhkəmədə Azərbaycan dövləti adından iddia qaldırır və onun həllinə çalışır.

Maddə 2. Xocalı soyqırımı qurbanlarının anım mərasimlərinə və beynəlxalq tanıdılmasına dair dövlət orqanlarının vəzifələri

2.1 Hər ilin 26 fevral günü Xocalı soyqırımı günü kimi dövlətin rəsmi təqvim siyahısına daxil edilir və saat 1700-da sükut dəqiqəsi elan edilir.
2.2 Azərbaycan Respublikasının icra və yerli özünüidarə orqanları öz salahiyətləri çərçivəsində millətimizin tarixi yaddaşının qorunub saxlanmasında iştirak edir, xalqımızın sərfərbərliyini təmin edərək Xocalı soyqırımının dünya birliyinə tanıdılmasına və hüquqi-siyasi qiymət almasına çalışır.
2.3 Hər il 26 fevral günü orta və ali təhsil müəssisələrində «Xocalı soyqırımı» ilk dərs hesab olunur.

Maddə 3. Bu qanunla bağlı məhdudiyyətlər və onun pozulmasına görə məsuliyyət

3.1 Xocalı soyqırımının inkarına yönələn hər bir hərəkət və ya hərəkətsizlik, onun dolayı vasitələrlə şübhə altına alınması soyqırım qurbanlarının ruhuna hörmətsizlik, Azərbaycan xalqının şərəf və ləyaqətinin təhqiri hesab edilir və Azəbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılır.
3.2 26 fevral soyqırımı günü ictimai-iaşə muəssisələrində spirtli içkilərin istifadəsi, həmçinin əyləncə və şənlik tədbirlərinin, konsertlərin keçirilməsi qadağandır.
3.3 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları bu genosid cinayətini törətmiş şəxslərin mühakiməsi və cəzalandırılması, həmçinin bu məqsədlə onun planının hazırlanması, qenosidə təhrik etmə, cəhd və bunu törədilməsində iştirak edənlərin məsuliyyətə cəlb olunmasını təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1685

Oxşar yazılar