“Rusiyanın Ermənistana bu səviyyədə dəstəyi beynəlxalq hüquq norma və prinsiplərinə uyğun deyil” – MÜSAHİBƏ
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun APA-ya müsahibəsi.
- Rusiya və Ermənistan arasında 102-ci hərbi bazanın icarə müqaviləsinin müddətinin uzadılması və Ermənistanın hərbi-texniki təminatına dair imzalanmış protokola münasibətinizi bilmək istərdik. Bu sənəd Azərbaycan üçün hansı təhdidləri doğurur?
- Biz regionda və beynəlxalq aləmdə baş verən hadisələri diqqətlə izləyir, onların mahiyyətinə varır, təhlil edir və qiymətləndiririk. Hesab edirəm ki, Ermənistanla Rusiya arasında imzalanan protokol bizim üçün bundan sonra da böyük narahatlıq yaratmayacaq. Məsələ burasındadır ki, bu status-kvo əvvəl də var idi. Yəni Rusiya və Ermənistan arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində belə bir qarşılıqlı hərbi yardım nəzərdə tutulub. İndi bunu yenilədilər və genişləndirdilər. Burada əsas diqqəti cəlb edən cəhət ondan ibarətdir ki, Rusiya tərəfi açıq-aydın Ermənistana dəstək verəcəyini vəd etdi və onu da əsaslandırmağa çalışdı. Ancaq bu zaman müəyyən məsələlər ortaya çıxır ki, o da bizi təəccübləndirir. Birincisi, dünya ictimaiyyəti bununla bağlı heç bir əsaslandırılmış və konkret mövqe ortaya qoymadı. ABŞ Dövlət Departamentinin sözçüsü dedi ki, bu, iki dövlət arasında olan əməkdaşlıqdır. Biz də bunu başa düşürük və iki dövlət arasındakı əməkdaşlıq məsələlərinə qarışmaq fikrində deyilik. Amma bu iki dövlətdən biri işğalçı Ermənistandır. İşğalçı dövlətə bu səviyyədə dəstəyin verilməsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun deyil. Belə bir dövlətə açıq-aydın dəstək verilməsinin mahiyyəti nədən ibarət ola bilər, bunu da başa düşmək o qədər çətin deyil.
İkincisi, Rusiya neytrallıq statusunu üzərinə götürərək Minsk Qrupu çərçivısində münaqişənin həlli prosesində iştirak edir. Amma belə bəyanatlarla, belə dəstəklə tərəfsiz vasitəçi olmaq çox çətindir. Yəni bunlar hamısı bir çərçivəyə sığmır. Əsas məsələ bundan ibarətdir.
- Rusiya prezidentinin Azərbaycana səfəri zamanı bununla bağlı hər hansı müzakirələrin aparılması və məsələyə aydınlıq gətirilməsi gözlənilirmi?
- Ola bilsin ki, prezident Dmitri Medvedevin gözlənilən səfəri zamanı bu məsələlərə daha əsaslandırılmış münasibət bildiriləcək. Çünki Azərbaycanla Rusiya arasındakı münasibətlər çox yüksək səviyyədədir. Düşünürəm ki Azərbaycan Rusiya üçün sıradan dövlətlərdən biri deyil. Azərbaycan strateji baxımdan Ermənistanla müqayisə olunmayacaq dərəcədə vacib dövlətdir. Fikrimcə, bütün bunlar nəzərə alınarsa, proseslərin bir məntiqi izahı olmalıdır. Düzdür, bizim başqa bir dövlətin ərazisinə iddiamız olmadığından narahatlığımız da yoxdur. Amma Ermənistan tərəfinin bu günlərdə hər gün, hər saat yaydığı çoxsaylı şərhlər bizi düşünməyə vadar edir.
- Ermənistanın müdafiə naziri bəyan edib ki, Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Rusiya hərbi qüvvələrinin Ermənistanı müdafiə etməsi mümkündür.
- Mən düşünmürəm ki, Rusiyanın Ermənistanla belə bir müqavilə bağlaması, oradakı bazasını daha da modernləşdirməsi təkcə Azərbaycana qarşı hansısa təhlükələr yarada bilər. Əgər Ermənistan tərəfi Dağlıq Qarabağı özününkü hesab edirsə, bu, böyük səhvdir. Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb və heç zaman da olmayacaq. Əgər Ermənistan Rusiyanı Dağlıq Qarabağda müharibəyə cəlb etmək istəyirsə, bu, ikinci böyük səhvdir.
- Ermənistan Avropada Adi Silahlara dair cinah sazişində nəzərdə tutulan silah kvotasını yenə pozur. Ermənistanın silah kvotasını pozması barədə araşdırmaların aparılması istiqamətində hansı işlər görülür?
- Ermənistanın silah kvotasını pozması Azərbaycanı narahat edir. Belə çıxır ki, Ermənistan beynəlxalq razılaşmalara heç bir əhəmiyyət vermir. Nə vaxt hansı hüquqi aktı istəsə, poza bilər. Adi silahlarla bağlı tarazlığın Ermənistan tərəfindən pozulması faktı keçmişdən bəri var. Bu addım bu gün də atılırsa ona münasibəti, təhlili və qiyməti müqavilənin əsas təşkilatçıları və tərəfləri verməlidir. Bununla bağlı araşdırmaların aparılacağını da gözləyirik. Belə məsələlər reaksiyasız qalmır. Təəssüf ki, cinah sazişinin əsas təşkilatçıları hələ susur.
- Qayıdaq ABŞ Dövlət Departamentinin bu məsələyə dair gözlənilməz açıqlamasına. Bu, onu deməyə əsas verirmi ki, Amerika artıq Cənubi Qafqazda Rusiyanın hegemonluğu ilə barışır?
- Biz bütün dövlətlərlə münasibətlərimizi tam etibarlılıq və səmimiyyət prinsipləri üzərində qurmuşuq və bütün əməkdaşlıq və tərəfdaşlığımızı bu prinsiplərə uyğun edirik. Lakin təəssüf ki, buna adekvat reaksiyanı hər zaman görə bilmirik. ABŞ Cənubi Qafqazda böyük maraqlarının olduğunu qeyd edir. Mənim qənaətim və müşahidələrimin nəticələrindən biri ondan ibarətdir ki, bu gün Qərb və Avropa, yəni dünyanın aparıcı dövlətləri bütün səylərini işğalçı dövlət olan Ermənistana dəstək vermək və yardım göstərməyə, bunu ardıcıl və sistemli olaraq etməyə yönəldirlər. Həm də bunu açıq şəkildə ortaya qoymaqdan çəkinmirlər. Bir tərəfdən Ermənistanın işğalçı siyasəti ilə barışırlar, digər tərəfdən onun nazı ilə oynayaraq planlaşdırılmış tədbir çərçivəsində Ermənistana yardım göstərirlər. Sentyabrın 11-dən 17-dək Ermənistanda NATO tərəfindən keçiriləcək tədbir zamanı Türkiyə və Ermənistan arasında sərhədlərin açılması məsələsi də buna misaldır.
- NATO-nun təlimləri zamanı Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə münasibətinizi də öyrənmək istərdik. Bu baş verərsə, Azərbaycan-Türkiyə əlaqələrinə necə təsir göstərəcək?
- Fikrimcə, bu addımın əsas məqsədi odur ki, Qərb ölkələri dolayı yolla Türkiyə və Ermənistan arasında sərhədlərin açılması üçün bir fürsət yaratmaq və Türkiyəni buna məcbur etmək istəyirlər. Məsələ ondadır ki, Ermənistan NATO ilə elə də sıx əməkdaşlıq edən dövlət olmayıb. Belə görürəm ki, Türkiyə və Ermənistanın birgə iştirak edəcəyi təlim əvvəlcədən düşünülüb və planlaşdırılıb. Bununla da bir daha dost, qardaş, strateji tərəfdaş olan Azərbaycan və Türkiyəni qarşı-qarşıya qoymaq istəyirlər. Onlar müəyyən müddətdir bu addımlarını davam etdirirlər. Bunu biz də görürük. Məsələ ondadır ki, Türkiyənin özünü böyük bir sınaq qarşısında qoyurlar. Müstəqilliyini qazandıqdan sonra Azərbaycanla Türkiyə arasında münasibətlərin ana xəttini Türkiyənin işğalçı Ermənistana qarşı mövqeyi təşkil edib. Bu siyasət indi də davam edir. Amma bunu istəməyən dairələr Ankaranın bu mövqeyini sındırmaq məqsədilə Azərbaycan və Ermənistanı Türkiyənin qarşısında tərəzinin müxtəlif gözlərinə qoyurlar. Hansı ad qoyulur-qoyulsun, sərhədin açılması bizim üçün eynidir. Sərhədin istənilən forma və məzmunda bir gün belə açılması bizim münasibətlərimizə ciddi mənfi təsir göstərə bilər. Görürəm ki, müəyyən dairələr buna çalışır. Biz də istəyirik ki, Türkiyə bu dairələrin sınağından uğurla çıxsın. Burada başqa bir məqam da var. Ermənistan bu gün açıq-aydın Türkiyəyə meydan oxuyur, Türkiyənin qarşısına şərtlər qoyur və tələblərini irəli sürərək həyata keçirmək istəyir. Hesab edirəm ki, Türkiyə buna adekvat münasibət bildirəcək və sərhədin açılmasına bir saat da olsa imkan verməyəcək.
- Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını üzvdür. NATO ilə elə də sıx əlaqələri yoxdur. Bu kontekstdə belə bir təlim alyans üçün nə dərəcədə əhəmiyyətli sayıla bilər?
- Əslində NATO tərəfi üçün bu, adi bir siyasi priyomdur. Ermənistanda balaca bir tədbirin keçirilməsi alyansın həyatında mühüm hadisəyə çevrilə bilməz. Əgər NATO, Qərb dövlətləri bu dövlətin qayğısına qalmaq istəyirlərsə, ona ədalətli yanaşma nümayiş etdirmək istəyirlərsə, regiondakı vəziyyəti görə-görə belə addımlar atmamalı, Türkiyəni buna vadar etməməlidirlər. NATO tərəfi qeyd edir ki, bu, fövqəladə hallar tədbiridir. NATO bunu indi yadına salır, amma Ermənistanda 1988-ci ildə zəlzələ olan zaman ora ilk yardımı Azərbaycan edib. O vaxt bizim bir təyyarəmiz Ermənistanda qəzaya uğradı, onlarla insanımız həlak oldu. Onu da qeyd etmək istəyirəm ki, bu gün hər bir dövlət öz maraqları istiqamətində mübarizə və rəqabət aparır. Bu, təbiidir. Amma təəssüf doğuran məqam ondan ibarətdir ki, bu dövlətlərin əksəriyyəti öz maraqları uğrunda mübarizədə ifrata varırlar. Onlar başa düşməlidirlər ki, bu ifrata varma bir bumeranqa çevrilir və son nəticədə qayıdıb özləri üçün problemlər yaradır. Bunu tarix dəfələrlə, 20-ci əsrdə də göstərib və düşünürəm ki, 21-ci əsr də istisna deyil.

864