Lalə Şövkət: “İsa Qəmbər müxalifətə böyük zərbə vurdu” - MÜSAHİBƏ
“Müsavat Partiyasının sədri ayrı-seçkilik və qarışıqlıq saldı”
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin APA-ya müsahibəsi
- Müsavat Partiyasının başqanı İsa Qəmbərin müxalifətdə olan bəzi partiyaları İrana, Rusiyaya və hakimiyyətə işləməsi barədə ittihamlarını necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, bu söhbətlər qeyri-ciddidir. Mən təəccüb edirəm ki, bəzi siyasətçilər bu mövzunu necə ciddi müzakirə edirlər? Nəyə görə? Birincisi, məlumdur ki, xarici ölkələrə işləyən agent, casus, yəni şəxsi mənafeyinə, pula görə öz milli maraqlarını satan insan nəinki alçaqdır, həm də cinayətkardır. Bu məsələ ilə əlaqədar əgər hər hansı şəxsdə sübut və sənəd varsa, onu dərhal Milli Təhlükəsizlik Nazirliyinə təqdim etmək onun borcudur. Əks təqdirdə, bu özü ağır dövləti cinayətdir. Nəinki siyasətçilər, hər bir savadlı insan bilir ki, Azərbaycan qanunlarında bu, birmənalı təsbit olunub və bütün dünyada bu qanun eynidir. Bu mövzu siyasətçilərin mövzusu deyil, birbaşa MTN-in borcu və vəzifəsidir. Siyasətçilər tərəfindən bunun müzakirəsi cərrahların kvant fizikası haqqında müzakirələrinə bənzəyir. Bir sözlə, kimin əlində sübut varsa, MTN-ə müraciət etsin. Bu mövzu müzakirə obyekti deyil.
İkincisi, bu mövzu yeni deyil. Son illərdə məhz Müsavatın bəzi funksionerlərinin dilindən bu məsələ ya birbaşa, ya dolayısı ilə vaxtaşırı gündəmə gətirilir. Çox siyasətçinin adı çəkilib, mən də içində olmaqla. Demək olar ki, Azərbaycan müxalifətində bir nəfər siyasətçi qalmayıb ki, onu “agent” adlandırmasınlar. Ötən əsrin 90-cı illərində bu üsuldan YAP-ın da gənc funksionerləri müxalifətə qarşı geniş istifadə edirdilər. Mənim yaxşı yadımdadır ki, onda milli təhlükəsizlik naziri Namiq Abbasov açıqlama verdi ki, hər kəs getsin öz işi ilə məşğul olsun. Son dövrlər hətta YAP-ın da funksionerləri siyasətdə püxtələşdilər və bu primitiv üsuldan imtina etdilər. Çox təəssüf ki, müxalifətin içində bu mövzu hələ də aktualdır.
Üçüncüsü, məhz bu üsuldan, yəni “agent”, “xalq düşməni” axtarışından yaxın müasir tariximizdə bolşeviklər və Hitlerin partiyası geniş istifadə edib. Hebbels deyirdi: “Yalanı yüz dəfə təkrar et, inanacaqlar”. Onların siyasətini qəbul etməyən ziyalıları, bütün mütərəqqi qüvvələri bu üsulla ləkələyib məhv etdilər. Stalin milyonlarla insanı, onların içində Azərbaycanın ən görkəmli ziyalıları, mütərəqqi şəxsiyyətləri, Azərbaycan cəmiyyətinin qaymaqlarını - Hüseyn Cavidi, Əhməd Cavadı, Mikayıl Müşfiqi və başqalarını məhz “agent” kimi məhv etdi. Hətta müasir tarixçilər “agent” damğasına “Bolşevik yarlığı” deyirlər. Bu gün Müsavat rəhbərliyi tərəfindən bolşevik təfəkkürlü üslubdan istifadə etmək məhz Müsavatın tarixinə xəyanətdir. Mən burada xüsusi ilə qeyd etmək istəyirəm ki, Müsavat sıralarında çoxlu sayda alicənab, fədakar insan var. Bu insanlar məhz bu tarixi ada görə bu partiyaya üzv olublar. Mənim onlara çox böyük hörmətim var və onların çoxu bu işlərdən narazıdır.
- Ümumiyyətlə, bu ittihamların nə qədər həqiqətə uyğun olduğunu düşünürsünüz?
- Son 17 ildə mənə qarşı çox çirkin kampaniyalar aparılıb - böhtan, təhqir dolu kampaniyalar. Həm hakimiyyətpərəstlər tərəfindən, həm bəzi müxalifətçilər tərəfindən. YAP-ı yenə də başa düşürəm - müxalifəti vururlar, hərçənd ki, təhqir, böhtan heç kimə başıucalığı gətirmir. Lakin bəzi müxalifət nümayəndələrini mən hələ də başa düşə bilmirəm. YAP funksionerlərini mən dəfələrlə məhkəməyə vermişəm. Buna rəğmən, onlardan da çirkin kampaniya aparan bəzi müxalifət təmsilçilərini mən bir dəfə də olsun məhkəməyə verməmişəm. Hətta ALP-nın, mənim və Əvəz Temirxanın da “agent” kimi adını çəkəndə, mən məsləhət görmədim ki, Əvəz Temirxan bu işi məhkəməyə çıxarsın. Ona görə ki, biz bir düşərgədəyik. Bir düşərgədə olan insanların münasibətlərində yazılmamış qaydalar var. Onlar bir-birinə daş ata bilməzlər. Mən həmişə davranışımda bu qaydalara riayət etmişəm. Amma bu o demək deyil ki, mənim səbrim tükənməzdir. Yadımdadır, 90-cı illərin sonlarında Elçibəy ANS-in “Nəzər Nöqtəsi” verilişində demişdi ki, “bir məni, bir Lalə xanımı həm soldan, həm sağdan vururlar”. Mən çox təəssüf edirəm ki, alicənablığı Azərbaycanda bu gün zəiflik kimi qəbul edirlər.
Bu günlərdə Azadlıq Radiosu Üzeyir Hacıbəyovun “Küyçülük” məqaləsini dərc edib. Məhz orada Üzeyir bəy insanları boş yerdə ləkələməkdən bəhs edir. Mənə gəlir ki, Üzeyir bəy belə insanlara məndən yaxşı cavab verib.
- Parlament seçkiləri ilində müxalifətin birliyi ilə bağlı müxtəlif təkliflər var. Bu təklifləri necə qiymətləndirirsiniz?
- Yanvarın 7-də mən müxalifətin birliyi haqqında təkliflə çıxış etdim. Təklifimin məğzi ondan ibarət idi ki, müxalifət indiki çətin vaxtda geniş koalisiya yaratsın və parlament seçkilərində alternativsiz namizədlər siyahısı ilə çıxış etsin. İndiki ağır durumda bu yeganə uğurlu taktika ola bilərdi. Və mən düşünürəm ki, bu geniş koalisiyada yerlərin çoxu ziyalılara, ictimai xadimlərə, jurnalistlərə və gənclərə verilməlidir. Amma çox təəssüf ki, Müsavat Partiyasının sədri bunun müqabilində öz çıxışı ilə ayrı-seçkilik və qarışıqlıq salaraq, bu birliyə böyük zərbə vurdu. Təsadüfi deyil ki, dərhal YAP-dan da bu çıxışa dəstək gəldi. Azərbaycan tarixində bu birinci dəfə idi ki, hakimiyyət partiyasından müxalifətə açıq dəstək gəlirdi. İndi qoy hər kəs düşünsün, bu kimə və nəyə lazım idi?
Onu qeyd etmək istəyirəm ki, Azərbaycanda heç bir partiyaya digər partiyaların təsnifatını aparmaq, yaxud kiminləsə şərtlə danışmaq hüququ verilməyib. Bu, demokratiyaya, siyasi mədəniyyətə ziddir. Biz çox vaxt cəmiyyəti passivlikdə qınayırıq, amma müxalifətin içində müxalifətə atəş açanlar bilməlidirlər ki, bununla özləri də daxil olmaqla bütün müxalifətə inamı qırırlar.

1292