“Kitablarımızın arxasına “Armeniya” yazıb, qoymuşdular erməni guşəsinə”
Selman Qasımov: “Məktəbin həyətində tonqal qalayıb, hollanda uşaqlara Novruz şənliyi keçirdik”
Layihə: Bizimkilər
Xaricdə, yaşadığı ölkədə Vətən Azərbaycanı tanıtmaq, onu ləyaqətlə təmsil etməyi soydaşlarımızın bir çoxu özünə borc bilir. Onların biri ilə görüşdük. Selman Qasımov Naxçıvanın Şərur rayonunda anadan olub. 20 yanvar faciəsinin şahidlərindəndir. “Yanvarın 19-dan 20-nə keçən gecə şəhid olmaq qismətimdə deyilmiş” - dedi. Amma 17 yaşında indiki Şəhidlər Xiyabanında şəhidlərimizi dəfn etmək nəsibi olub.
1999-cu ildən xanımı İradə Uluxanlı ilə Hollandiyada yaşayır. İradə Uluxanlı Bakıda yaşadığı müddətdə ictimai cəhətdən fəal olub. Dövlət İdarəçilik Akademiyasını (o vaxtkı Politologiya İnstitutu) bitirib, hazırda Hollandiyada da təhsilin davam etdirir. İ.Uluxanlı Sittard şəhərindəki “Hoge School Zuyd” ali təhsil müəssisəsinin hüquq fakültəsinin 3-cü kursunda oxuyur. Bundan başqa, Hollandiya Ədliyyə Nazirliyinin Miqrasiya İdarəsinin qaçqınlar şöbəsində çalışır.
Həmsöhbətimdən fəaliyyətləri barəsində danışmasını istədim.
- Biz Hollandiyanın Valkenburq şəhərində yaşayırıq. Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyətinin təmsilçisiyəm. Sədrimiz İradə Uluxanlıdır. Cəmiyyətimiz 2005-ci ilin aprelindən fəaliyyət göstəririk. Rəsmi olaraq qeydiyyatdan keçib. Cəmiyyəti yaratmaqda məqsədimiz Azərbaycanı yaşadığımız Hollandiya cəmiyyətinə tanıtmaq, işğal olunmuş torpaqlarımızla bağlı gerçəkliyi bu ölkənin insanlarına çatdırmaqdır. Bu yolla həm Azərbaycanın haqq səsini olduğumuz şəhərin sakinlərinə çatdırır, həm də millətimizin milli-mədəni adət-ənənələrini, musiqimizi və s. orada təbliğ edirik.
Örnək kimi, 2008-ci ilin martında Novruz şənliyi keçirdik. Bu mərasimi keçirməkdə məqsədimiz heç də yalnız oradakı azərbaycanlıları bir yerə toplamaq deyildi. Biz holland uşaqlarının vasitəsi öz varlığımızı çatırdıq. Düzdür, əvvəldən razılaşdırılmışdı ki, siyasi yönlü təbliğat aparılmayacaq, ancaq Heydər Əliyev Fondunun hazırladığı Qarabağ və işğal olunmuş torpaqlarımız, habelə Xocalı faciəsi və s. faktları özündə əks etdirən broşurları ora toplaşmış hollandlara təqdim edə bildik.
Həmin Novruz şənliyində Bahar qızı holland məktəbli Brenda, Bahar oğlan isə holland məktəbli Ralf idi. Onların hər ikisinə milli paltarlarımızı geyindirib, Novruz rituallarını öyrətdik. Onlar mahnılar oxudular, şeirlər söylədilər, milli rəqslərimizi ifa etdilər, hətta ana dilimizdə “xoş gəldiniz” də dedilər.
Milli mətbəximizi də həmin şənlikdə nümayiş etdirdik. Evimizdə bayram şirniləri - paxlava, şəkərbura, qoğal, mütəkkə bişirib apardıq. Cəmiyyətimizin sədri İradə xanım holland məktəblilərinə və onların ata-analarına bu şirniyyatın hazırlanması texnologiyasını başa saldı və birlikdə həmin şirniləri bişirdilər.
Biz bu şənlikdə Azərbaycandakı gözdən əlil uşaqlar üçün xeyriyyə mərasimi düzənlədik. Həmin tədbirin keçirilməsinin bütün xərclərini özümüz, cəmiyyətimiz çəkmişdi. Orada xeyriyyə məqsədi ilə yığılan puldan əlavə olaraq, yaşadığımız şəhərin uyğun qurumunun da bu işə yardım etməsinə nail olduq.
Onu da qeyd edim ki, keçirdiyimiz Novruz şənliyinə giriş pulsuz idi. Şəhər icra hakimiyyətinin başçısından tutmuş, adi vətəndaşlara qədər xeyli adam bayram tədbirinə gəlmişdi. Onlarla yanaşı, Azərbaycan səfirliyinin nümayəndəsi Fuad Hümbətov da bizim keçirdiyimiz mərasimə qatılmışdı. Biz azərbaycanlı diplomatın vasitəsi ilə şəhərin icra nümayəndəsinə ingilis dilində iki kitab, DVD və CD təqdim etdik. Həmin disklərdə və kitabda ən ağrılı problemimiz, işğal olunmuş torpaqlarımız, Qarabağ, eləcə də bir milyondan çox qaçqınlarımız barədə məlumatlar, Azərbaycanın peykdən çəkilmiş fotoları var idi.
İradə xanım və tədbiri keçirdiyimiz məktəbin direktoru Hollandiyanın Təhsil Nazirliyi ilə əlaqə saxladı. Onlara keçirilən şənlik barədə məlumat verdilər. Bununla da bayramla bağlı həmin günü məktəbin direktoru tətil elan etdi, dərs olmadı. Dərs yerinə müəllim heyəti şagirdlərlə birlikdə Novruz şənliyinə qatıldı. Çox şən keçdi. Yerli KİV dəvət edilmişdi. Həmin gün təşkil etdiyimiz maraqlı işlərdən biri də “Cəngi” sədaları altında Azərbaycanın milli paltarını geyinmiş holland uşaqların əllərində məşəl məktəbi at belində dövr etməsi idi. Onun da deyim ki, bunun üçün biz şəhərin yanğınsöndürmə idarəsindən də 4 ay öncə çox çətinliklə icazə almışdıq. Məktəbin həyətində həm də bayram tonqalı qalamışdıq. Bu idarənin işçilər də bizim Novruzu seyr etdilər.
Bizim əsas məqsədimiz Azərbaycanın milli bayramını yerli sakinlərə təbliğ etmək və Azərbaycandakı gözdən əlil uşaqlara azca da olsa yardım etmək idi. Biz buna nail olduq.
Onu da vurğulamaq istərdim ki, yaşadığımız bölgədə erməni lobbisi çox güclüdür. Prezident İlham Əliyev də bunu çıxışında qeyd edib. Rotterdam və Amsterdamda ermənilər çox deyil, azərbaycanlılar və türklər çoxdur. Ancaq Maastrixt və Valken şəhərlərində ermənilərin sayı çoxdur.
Bəzən məndən soruşanda haradansan, deyirəm, Naxçıvandan. Soruşurlar ki, Ermənistandansan? Deyirəm, xeyr, Naxçıvan Azərbaycanın ayrılmaz bir bölgəsidir. Yenə başa düşmürlər, deyirlər ki, Türkiyə. Deyirəm, xeyr, o, qonşu dövlətdir.
Bununla demək istəyirəm ki, ermənilər oralarda da öz düşmənçilik təbliğatını aparır. Ona görə də keçirdiyimiz bu sayaq tədbirlərlə Azərbaycanı Hollandiya cəmiyyətinə tanıdıb, ermənilərin apardığı antiazərbaycan təbliğatın çürüklüyünü puça çıxarmalıyıq. Bir var, bunu bir-iki nəfərə deyəsən, bir də var, yerli mətbuat vasitəsi ilə cəmiyyətə çatdırasan. Düşmənlərimizin təbliğatının əksinə olaraq, azərbaycanlıların mədəni bir millət olduğunu Hollandiya cəmiyyətinə çatdırmaq əsas hədəflərimizdəndir.
- Keçirdiyinizə tədbirləri yerli mətbuatda işıqlandırdımı?
- Bəli, bir çox qəzetlərdə bu bayrama dair çox geniş yazılar verildi. Şagirdlərə Azərbaycana dair sənədli film də nümayiş etdirdik. Həmin film Azərbaycanın təbiəti, tarixi, görməli yerlərindən bəhs edir. Bu sənədli lenti ingilis dilindən holland dilinə tərcümə etdirmək üçün bir holland çağırmışdıq. Həmin mərasim günü başqa bir sinifdə Azərbaycanın milli rəqsləri öyrədilirdi. Daha bir sinifdə isə şagirdlər Azərbaycanın tarixi abidələrinin maketi düzəldirdi. Məsələn, mən Qız qalasının maketini düzəltmişdim. Şagirdlər ona baxıb, maket düzəldirdilər.
Bir sözlə, həmin gün bütünlükdə məktəb bizim tədbirin ixtiyarında idi. Dərslər də Azərbaycana həsr edilmişdi. Başqa sözlə, orada “Azərbaycan günü” keçirməyə nail olduq. Biz Azərbaycanın metrosundan tutmuş başqa görməli yerlərinə dair foto-stendlər də hazırlaşmışdıq.
- Ölkəmizi tanıtmaq üçün başqa nə kimi işlər görürsünüz?
- İnsanlar, ola bilər, nə televizora baxsın, nə də qəzet oxusun. Ona görə biz Azərbaycanla bağlı sənədlərin kitabxanalarda olması istiqamətində də iş görmüşük. Hollandiyanın Maastrixt, Heerlen, Margraten, Valkenburg, Belçikanın Lanaken və Maasmegelen şəhərlərindəki kitabxanalarında Azərbaycana dair bir kitab belə yox idi. Qeyd edim ki, Maastrixtdəki kitabxana ən böyük kitabxana sayılır. Orada 60 min kitab var. Biz orada Azərbaycan guşəsi yaratdıq. Onlara Azərbaycana, zəbt olunmuş torpaqlarımıza, Qarabağa aid kitablar təqdim etdik. Bu işdə də çox böyük çətinliklə üzləşdik. Çünki götürmürdülər, bəhanə gətirirdilər ki, bu kitablar siyasi mahiyyət daşıyır. Qəbul etməmək üçün hər dəfə bir bəhanə gətirirdilər. Hətta Maastrixtdəki kitabxanaya bir kitab vermişdik, gördük ki, arxasına “Armeniya” yazıb, qoyurlar erməni guşəsinə. Biz onlara başa saldıq ki, Qarabağ heç vaxt ermənilərin olmayıb və Azərbaycanın bölünməz bir hissəsidir. Bunu sübut etmək üçün də gərək insan öz ölkəsinin və düşmənin tarixini bilsin. Nə yaxşı ki, sədrimiz İradə Uluxanlı Azərbaycan tarixini lazımı qədər bilir. Onun bu biliyi sayəsində biz həmin kitabxanada mövqeyimizin haqlı olduğunu izah edə bildik. Bizdən üzr istədilər. Həmin 7 kitabın arxasında “ermənilərə məxsus” olduğunu bildirən yazını sildilər və aparıb, təsirimiz və iştirakımızla yaranan “Azərbaycan guşəsi”nə qoydular. Bu guşə rəsmi olaraq qeydiyyatdan keçib, sertifikatı da var. Həmin kitabların qorunması üçün təhlükəsizlik işləri də görülüb.
İstəyirik ki, gələcəkdə Heydər ƏLiyev Fondu ilə əməkdaşlıq edək. Onlardan Azərbaycana dair başqa kitablar da alıb, “Azərbaycan guşə”lərinə verək.
- Yaxın aylarda nə iş görməyi planlaşdırırsınız?
- Bu il martın 12-də istəyirik ki, Heerlen şəhərində Novruz şənliyi keçirək. Tədbiri keçirəcəyimiz məktəb şəhərin mərkəzində yerləşməklə yanaşı, əvvəlkindən daha böyükdür. Açığı, Azərbaycanı tanıtmaq üçün keçirilən belə tədbirlər maddi və mənəvi dəstək lazımdır. Elə Bakıya səfərimdə əsas məqsəd də budur. Azərbaycanda Diaspora Komitəsində və uyğun qurumlarda görüşlər keçirdim. Yardım edəcəklərinə söz verdilər. İndiyə kimi bizim təşkilatın varlığından Azərbaycanda xəbərsiz idilər. Bİz özümüzü heç vaxt reklam etməmişik. Əsas hədəfimiz Hollandiyada Azərbaycanı təbliğ etmək olub və bu işimizi davam etdiririk. Ancaq bu dəfə planımız əvvəlkindən böyükdür, bundan ötrü maddi və mənəvi dəstəyə ehtiyacımız var, ona görə də məsələni Bakıda da danışmaq qərarına gəldik.
Onu da deyim ki, bu ilki tədbirimizə tanınmış skripkaçı, Türkiyənin Qazi Osmanpaşa adına Universiteti Gözəl sənətlər eyitim bölümünün dosenti Lalə Hüseynova da qatılacaq.
Nəzərdə tutduğumuz aksiya yalnız Novruz şənliyi deyil. Bu həm də xeyriyyə tədbiridir. Orada yığılan vəsaiti yenə də Bakıdakı gözdən əlillər cəmiyyətinə verəcəyik. Mən burada Gözdən Əlillər Cəmiyyətində və məktəbində oldum. Bina Heydər Əliyev Fondu tərəfindən çox yaxşı təmir olunub. Uşaqlara söhbətləşdim, onlar üçün yaradılmış şəraitlə tanış oldum. Məktəbə gərəkən ləvazimatlarla maraqlandım. İnşallah, onlara eynəklər və başqa keyfiyyətli ləvazimatlar alıb gətirəcəyik.
- Orada azərbaycanlılar üçün “Bazar günü məktəbləri” varmı?
- Bizim yaşadığımız şəhərdə azərbaycanlılar az olduğundan belə məktəb yoxdur. Bu, daha çox azərbaycanlılar çox olan yerlərdə açılır. Mənim 9 yaşında Cavidan və 5 yaşında Turan adında iki oğlum var. Ancaq bununla belə oğlanlarım ana dilimizdə təmiz danışır. Azərbaycan Respublikasının himnini də bilir, Azərbaycanla fəxr edirlər. Hər ikisi cüdo ilə məşğul olur. Öz yaş qrupunda yarışlara gedirlər. Bu yaxınlarda Cavidan Fransaya yarışa gedəcək. O məndən soruşdu ki, Fransadakı yarışda qalib gəlsə, onu Azərbaycana göndərərlərmi? Dedim, bəli. Dedi, “bəs, mən orada qalib gəlsəm, hansı bayrağı qaldıracam?” Dedim, sən Hollandiya vətəndaşı olduğun üçün Hollandiyanın bayrağını qaldırmalısan...
Bizim uşaqlar həm də Hollandiyanın bayramlarını qeyd edirlər. Hesab edirəm ki, vətəndaşı olduğun ölkənin dilini bilməklə yanaşı onun mədəniyyətinə də hörmət etmək lazımdır.
Sədrəddin Soltan

905