Astarada itkin düşən balıqçının meyiti İran ərazisində  tapıldı
19 dekabr 2025 21:03 (UTC +04:00)

Astarada itkin düşən balıqçının meyiti İran ərazisində tapıldı

0

Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti İran ərazisində tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun meyiti Xəzər dənizinin İran tərəfinə düşən hissəsində aşkarlanıb.

Hazırda meyitin Azərbaycan tərəfinə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında daha bir balıqçının - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar