Qız sevgilisinin başından vurulmuş meyitini tapdı:  telefon vasitəsilə
20 dekabr 2025 14:28 (UTC +04:00)

Qız sevgilisinin başından vurulmuş meyitini tapdı: telefon vasitəsilə

0

Türkiyədə gənc qız sevgilisinin meyitini tapıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli rayonunun Gölcük qəsəbəsində baş verib.

Səhər yeməyi üçün restorana getməli olsalar da, sevgilisindən xəbər ala bilməyən qız vəziyyətdən şübhələnib. O, telefondakı ünvan tapma proqramından istifadə edib. Proqram qızın sevgilisi 31 yaşlı Batuhan Aşoğlunun olduğu Koroğlu küçəsindəki meşəlik ərazini göstərib. Əraziyə gələn qız sevgilisinin başından vurulmuş meyitini tapıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Batuhan Aşoğlunun tapança ilə başından vurularaq, qətlə yetirildiyi üzə çıxıb.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar