Türkiyədə axtarışda olan şəxs paltar şkafından çıxıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Hatay rayonunda qeydə alınıb.
Polis əməkdaşları bank və kredit təşkilatları vasitəsilə külli miqdarda dələduzluq etdiyi üçün barəsində 40 il həbs cəzası olan A.B.-nin axtarışlarına başlayıb. Evində aparılan axtarışlar nəticəsində A.B. paltar şkafında tapılıb.
O saxlanılaraq, cəzaçəkmə müəssisəsinə təhvil verilib.