MSK müraciətlərə baxdı
Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclasda 2009-cu il dekabrın 23-də keçirilimiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən ikisi əsassız olduğundan təmin edilməyib, digərlərinin isə araşdırılması üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul olunub.
Sonda cari məsələlərə də baxılıb.
İclasda ATƏT-in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), Milli Demokratiya İnstitutunun(ABŞ) təmsilçiləri və KİV nümayəndələri iştirak edib.
Sonda cari məsələlərə də baxılıb.
İclasda ATƏT-in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), Milli Demokratiya İnstitutunun(ABŞ) təmsilçiləri və KİV nümayəndələri iştirak edib.
731