Partiyalara kimlər liderlik edir? - ARAŞDIRMA
Həkimdən tutmuş zoomühəndisə, elektrik montyoruna kimi...
Siyasi partiyaların liderlərini siyasətlə az-çox maraqlanan bütün insanlar tanıyırlar. Amma bu tanışlıq əksər hallarda rəsmi informasiyanın çərçivəsindən o yana keçmir. Sadə vətəndaş, seçici cəmiyyətdən bir qədər təcrid olunmuş şəkildə fəaliyyət göstərən, özəl avtomobilə, ofisə, qapalı həyat tərzinə malik bu partiya rəhbərlərini yalnız “siyasətçi” olaraq tanıyır. Amma əslində siyasi partiyaların liderlərinin hər birinin fərqli peşəsi var. Onlar da bəziləri vaxtilə sadə insanlar kimi işləyib, ictimai nəqliyyatdan istifadə edib, konkret bir peşə ilə məşğul olublar. Bu yazıda partiya liderlərinin peşələri, təhsil aldıqları ixtisaslarla bağlı yazacağıq. Onlar siyasətə gələnə qədər kim olublar? Hansı sahədə fəaliyyət göstəriblər? Öz ixtisasları üzrə çalışıblarmı?
Beləliklə...
Prezident
Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan prezidenti İlham Əliyev
1977-ci ildə orta məktəbi bitirəndən sonra, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına qəbul olub və dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. Azərbaycan prezidenti 1985-1990-cı illərdə həmin institutda müəllim işləyib. Bundan əlavə olaraq İ. Əliyev 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. O, rus, ingilis, fransız və türk dillərini bilir.
Siyasətin tarixçiləri
Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. İxtisası üzrə Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elm Mərkəzində, Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Akademiyada işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri mütaliə və tədqiq edib, Qərb ölkələrinin siyasi həyatı ilə maraqlanıb. "1978-79-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazıb. O, 1985-ci ilin yanvarında Zori Balayanın “Ocaq” kitabına yazdığı cavabdan sonra tanınıb və fəal siyasətə 1988-ci ildə qoşulub.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Siyasi fəaliyyətə başlamazdan öncə elmlə ciddi məşğul olub və doktorluq dissertasiyası müdafiə edib. Dissertasiyadan sonra isə qərara gəlib ki, siyasətlə məşğul olsun. Bundan sonra ömrünü siyasətə bağlayıb.
Xalq Partiyasının yaradıcısı Pənah Hüseyn də tarixçidir. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirən P. Hüseyn rus və ingilis dillərini bilir. O, 1980–1983-cü illərdə Sabirabad rayonunda öz ixtisası üzrə kənd orta məktəbinin müəllimi, tarix muzeyinin elmi işçisi olub. 1986-cı ildən Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb.
Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov 1973-cü ildə ADU-nun tarix fakültəsinə daxil olub. E. Məmmədov burada Əbülfəz Elçibəyin tələbəsi olub və bu amil onun siyasi fəaliyyətinə təkan verib. Belə ki, o, Əbülfəz Elçibəyin yaratdığı qruplardan birinə üzv olub və bununla da siyasi fəaliyyətə qədəm qoyub. Bitirdiyi universitetdə müəllim kimi əmək fəaliyyətinə başlayan E. Məmmədov 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi alıb.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. O, ali təhsili başa vurandan sonra 1877-ci ildə Sumqayıt “Üzvi sintez İstehsalat Birliyin”də maşinist, elektrik montyoru, 1987-ci ildən 4 saylı axşam məktəbində təsərrüfat işləri üzrə direktor müavini və müəllim, 1988-ci ildən V.İbrahimov adına Sumqayıt şəhər 35 saylı orta məktəbdə tarix müəllimi işləyib.
Hüquqşünaslar
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli orta məktəbi qızıl medalla, Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Digər partiya liderlərindən fərqli olaraq Q. Əlibəyli təhsil aldığı ixtisas üzrə öz işini indi də davam etdirir. O, hazırda Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimidir. Hüquq elminin müxtəlif sahələrinə aid onlarla məqalə və monoqrafiyaların müəllifidir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra o bir müddət öz ixtisası üzrə işləyib. Nəsimi rayon prokurorluğunda müstəntiq, dövlət katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Öz ixtisası üzrə çalışmayan Ə. Kərimli “Azadlıq” qəzetinin parlament müxbiri kimi fəaliyyətə başlayıb. Sonradan Azərbaycan Respublikası Prezidenti Aparatının ərazi-idarəetmə və hakimiyyət orqanları ilə iş şöbəsinin müdiri, 1993-cü ilin aprelindən isə Azərbaycan Respublikasının dövlət katibi təyin olunub.
Böyük Quruluş Partiyasının Fazil Mustafa da Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Fəlsəfə elmləri namizədi olan F. Mustafa 1 elmi əsərin və bir sıra məqalənin müəllifidir.
Ədalət Partiyasının sədri İlyas İsmayılov Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub, orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub. Həmçinin Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı, Respublika Prokurorunun müavini, Azərbaycan Respublikasının prokuroru vəzifələrində çalışıb.
Ağ xalatlı siyasətçilər
Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Azərbaycan Tibb İnstitutunu bitirib. 1974 ildə Azərbaycan səhiyyə nazirliyi tərəfindən Sovet İttifaqının cərrahiyyə üzrə elmi mərkəzi sayılan Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına göndərilib. İnternaturanı bitirdikdən sonra həmin elmi mərkəzdə klinik ordinaturanı akademik V.V.Vinoqradovun rəhbərliyi ilə davam etdirib və 25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə edib. Həmçinin N.V.Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat təcili yardım institutunda kiçik elmi işçi kimi fəaliyyətinə başlayaraq baş elmi işçi və institutun aparıcı elmi mütəxəssisi səviyyəsinədək yüksəlib. 37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Amma ixtisaslaşma keçərək, məhkəmə-tibb eksperti peşəsinə sahib olub. Bu sahə üzrə 17 il işləyən partiya sədrinin əsas funksiyası istintaqın düzgün aparılmasına yardım funksiyasını daşıyıb. S. Cəlaloğlunun ilk iş yeri Naxçıvanda Məhkəmə Tibbi Ekspertiza Bürosu olub.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Tibbi İnstitutunu bitirib. İnstitutu başa vurduqdan sonra o həmin ali təhsil müəssisəsindən ayrılmayıb və hazırda da Tibb Universitetində analoji kimya fənnini tədris edir. 1995-ci ilə qədər Bakı Dövlət Universitetinin laboratoriyasında çalışıb. 1995-ci ildə elmlər namizədi elmi dərəcəsini alıb.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan Tibb İnstitutunu bitirib. Moskvada Seçenov adına Tibb Akademiyasında Nevrologiya və davranış psixofiziologiyası ixtisasına yiyələnib. Tibb elmləri doktorudur. Bir müddət Bakıda Psixogen nevroloji və Psixomatik Xəstəliklər Mərkəzinin direktoru vəzifəsində çalışıb. Bundan sonra isə siyasi fəaliyyətlə məşğul olmağa başlayıb.
Zoomühəndis və Süni Mayalanma Mərkəzinin direktoru
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndis fakültəsini bitirib. 1988-ci ildən biologiya elmləri namizədi olan H. Hacıyev Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləyib. Bundan başqa H. Hacıyev Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991-92-ci illərdə Azərbalıq İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində, 1992-93-cü illərdə Azərbalıq Dövlət Konserninin sədri vəzifəsində çalışıb.
Şərqşünas
Ümid Partiyasının sədri İqbal Ağazadə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Bundan əlavə o Kiyev Dövlət Universitetində hüquqşünas ixtisasına yiyələnib. Rus, fars və ingilis dillərini bilir. Əksər həmkarları kimi o da öz ixtisası üzrə işləmir.
Filoloq
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işləyib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantlığını bitirib, dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib. “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir və şöbə müdiri, “Yazıçı” nəşriyyatının baş redaktoru olub, elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib.
İqtisadçılar
Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, təhsil əlaçısı və ictimaiyyətçi tələbə kimi təyinatla institutda saxlanılıb. 1971-ci ildə iqtisad elmləri namizədi və 1989-cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində Kafedra müdiri, institut Həmkarlar Komitəsinin sədri, prorektor və digər vəzifələrdə çalışıb. Hazırda bu universitetdə «Qiymət» kafedrasının müdiri, Elmi-Metodiki və Müdafiə Şurasının üzvüdür.
Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-texnologiya fakültəsinə bitirərək texnoloq-mühəndis ixtisasına yiyələnib. Sumqayıt şəhərindəki Kimya Kombinatında öz ixtisası üzrə işə başlayan R. Quliyev daha sonra Bakı Neftayırma Zavodunda texnoloq, qurğu rəisi, mühəndis, baş mühəndis, direktor vəzifələrində çalışıb, 1985-ci ildə Bakı şəhər xalq deputatları sovetinə deputat, 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib. O, bir sıra ixtira və səmərələşdirici təkliflərin müəllifi, texnika elmləri namizədidir.
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Ayaz Mütəllibov Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. Bakıdakı soyuducular zavoduna işə başlayan eks-prezident 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunub. 1974-cü ildə isə "Bakelektromaş" istehsalat birliyinin müdiri təyin olunub. 1977-ci ildə Bakı şəhəri Nərimanov rayonunun partiya komitəsinin ikinci katibi seçilib. 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunub. 1982-ci ildə "Qosplanın" rəhbəri eyni zamanda nazirlər şurasının sədr müavini vəzifələrini tutub.
Dilçi
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Xarici Dillər İnstitutunu bitirib. Keçmiş 26 Bakı Komissarı rayon komsomol komitəsində, 1995-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kooperativ idarəsində işləyib.
Elnur Məmmədli

758