Həbsdə olan jurnalistlərin və bloqqerlərin məsələsi parlamentdə qaldırılıb
Oqtay Əsədov deyib ki, Eynulla Fətullayevlə bağlı heç kimə xahiş edə bilməz
Milli Məclisin iclasında millət vəkili Cəmil Həsənli həbsdə olan jurnalistlər və bloqqerlərin həbsdən azad olunması məsələsini qaldırıb. Lent.az-ın parlament müxbirinin verdiyi məlumata görə, o, spiker Oqtay Əsədovdan xahiş edib ki, jurnalistlər Qənimət Zahid və Eynulla Fətullayev, bloqqerlər Adnan Hacızadə və Emin Millinin həbsdən azad olunması məsələsini qaldırsın: “Çünki onların həbsdə qalması Azərbaycana ziyandan başqa bir şey gətirmir”.
Cəmil Həsənli PKK-nın terror təşkilatı kimi qəbul olunması ilə bağlı Azərbaycan parlamenti tərəfindən qanun qəbul olunmasının zəruriliyini vurğulayıb.
Spiker Oqtay Əsədov isə deyib ki, o, Eynulla Fətullayevlə bağlı heç kimə xahiş edə bilməz.
Bu zaman millət vəkili Pənah Hüseyn söz almadan yerindən danışıb. O.Əsədov isə ona yerindən danışmamağı tövsiyə edib. P.Hüseyn ona məhəl qoymayaraq davam etdikdə, O.Əsədov daha bir neçə dəfə xəbərdarlıq edib: “…İnsana bir dəfə deyərlər ki, adam yerindən danışmaz”.
Pərvin ABBASOV

Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28