Ombudsman 1000-dək məhkuma əfv istədi
23 dekabr 2009 14:45 (UTC +04:00)

Ombudsman 1000-dək məhkuma əfv istədi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova fəaliyyət dövrü ərzində özlərinin və ailə üzvlərinin müraciətlərinə əsasən, məhkumların qanun çərçivəsində əfv edilməsinin mümkünlüyünü araşdırıb, bəzilərinin törətdikləri hərəkətlərdən peşmançılıq çəkdiklərini, islah olunduqlarını və artıq cəmiyyət üçün ictimai təhlükə törətmədiklərini nəzərə alaraq, Ombudsman haqqında Konstitusiya Qanununun 1.4.-cü maddəsinə əsasən, 1000-ə yaxın məhkumun əfv olunması ilə bağlı Azərbaycan Prezidentinə müraciətlər ünvanlayıb. Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Fəaliyyəti dövrü ərzində Ombudsmanın müraciətləri nəzərə alınaraq, bu günədək ümumilikdə 300-ə yaxın məhkum, o cümlədən yetkinlik yaşına çatmayan, qadın, xəstə, ahıl məhkumlar əfv edilərək azadlığa buraxılıb, ailələrinə qovuşmuş və sağlam həyat tərzinə qayıdıblar.

Ombudsman cari ilin mart ayından sonra bu günədək 80-dən çox məhkumun, o cümlədən jurnalist Müşfiq Hüseynovun növbəti əfv fərmanı əsasında azad olunması ilə bağlı müraciət edib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar