Mahmud Məmməd-Quliyev Cenevrəyə gedib
04 dekabr 2012 11:29 (UTC +04:00)

Mahmud Məmməd-Quliyev Cenevrəyə gedib

0
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev dekabrın 3-də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbulu prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək üçün Cenevrəyə yola düşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər dekabrın 7-ə qədər davam edəcək.

Səfər çərçivəsində ABŞ, Avropa İttifaqı, Kanada, Norveç ilə mallar və xidmətlər üzrə ikitərəfli, ölkəmizin kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə çoxtərəfli danışıqların aparılması, eləcə də ÜTT-ə hazırlıq üzrə İşçi Qrupunun 10-cu iclasının keçirilməsi nəzərdə tutulub. Danışıqlarda ölkəmizin təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək məsələləri və ölkəmizin ticarət sistemi mövzuları ətrafında müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 738

Oxşar yazılar