Təmas xəttində monitorinq olacaq
0
0
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 5-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin qərbində yerləşən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçi Uilyam Prayor, səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Palanlaşdırma qrupunun nümayəndəsi Andrey Baraşkin, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeniy Şarov və Yüksək Səviyyəli Palanlaşdırma qrupunun nümayəndəsi Vitali Belokon keçirəcəklər.
0
0