İslam Respublikasının səfirləri biri-birini təkzib edir
04 dekabr 2012 05:22 (UTC +04:00)

İslam Respublikasının səfirləri biri-birini təkzib edir

İslam Respublikasının təmsilçiləri dini və fars olmayan etnik qrupların haqlarının qorunmasından danışanda bir
qayda olaraq, dünyaya İranda yaşayan ermənilərin hakimiyyət tərəfindən müdafəi olunan hüquqlarından danışırlar.

Onların bu sayaq çıxışlarını ölkə yaşayay erməni icmasının nümayəndələri də təkrarlayır.
Lent.az-ın «Novosti-Armenii»-yə istinadən məlumatına görə, İslam Məclisindəki erməni deputat Karen xanlaryan «İRNA» agentliyinə müsahibəsində deyib:«İranda dini azlıqların nümayəndələrinin hüquq bərabərliyi qorunur».

O, dini azlıqların haqlarından danışanda bunları özəlliklə vurğulayıb:«İslam Respulikasının Ana Yasasına əsasən, dini azlıqların hüquq bərabərliyi var. Onların İslam Məclisindəki deputatlarının haqları parlamentin o biri üzvləri ilə eynidir».

Mənbənin xatırlamasına görə, islam Respublikasının İrəvandakı səfiri Məhəmməd Rəisi bu yaxınlarda Ermənistan paytaxtındakı əlyazmalar institutunda keçirilən «İki millət, iki mədəniyyət və iki din» konfransında iştirak edib. Ermənistanla İslam Respublikası arasında münasibətdən danışan səfir bunları da qeyd edib:«Ermənilərlə iranlılar tarixləri boyu iki xalq, tək Allahlı iki dinə mənsub olduqların və sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını sübut ediblər. Hazırda İslam məclisində ermənilər iki deputatla təmsil olunurlar».

Müşahidəçilərin fikrincə, islam Respublikasının Azərbaycandakı və Ermənistandakı səfirləri biri-birin təkzib edir. Çünki İranın ölkəmizdəki səfiri isə Azərbaycan Respublikası ilə İranın münasibət və əlaqələrindən söz açanda «bir millət, iki dövlət»dən danışır. Onda ermənilərlə dinc yaşayan iki xalqdan biri ermənidir, bəs, o biri xalq kimdir? Yaxud İslam Respublikasının səfiri «bir millət» deyəndə kimi nəzərdə tutur?
# 675

Oxşar yazılar