Vaşinqtonda Cümhuriyyət parlamentinin 94-cü ildönümünə həsr edilmiş tədbir olacaq
04 dekabr 2012 02:49 (UTC +04:00)

Vaşinqtonda Cümhuriyyət parlamentinin 94-cü ildönümünə həsr edilmiş tədbir olacaq

Dekabrın 5-də Vaşinqtonda Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin rəsmi açılışının 94-cü ildönümünə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Gecə Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birlikdə “The Turquoise Council of American and Eurasians” təşkilatı, Türkiyə-Amerika Assosiasiyaları Şurası tərəfindən “Hyatt Regency on Capitol Hill” otelində təşkil ediləcək.

Dəvət olunanlar arasında Texas ştatından konqresmenlər - Ted Po, Cin Qrin, Henri Kuyelar, Pit Seşşens, El Qrin, Şila Cekson Li, İllinoys ştatından Rendi Haltqrin, Kentukkidən - Ed Uitfild, Ohayodan Maykl Törner, Floridadan - İleana Ros-Letinen və Korrin Braun, Minnesotadan Denni Rehberq, İndianadan - Den Berton və Todd Rokita, Pensilvaniyadan Bob Doyl, Nyu-Yorkdan - Qreqori Miks və İvett Klark, Cənubi Karolinadan Co Uilson, Luizianadan Bil Kassidi, Nyu-Cersidən Leonard Lans, habelə senatorlar El Franken (Minnesota), Pensilvaniyadan Bob Keysi, Nyu-Yorkdan Çak Şummer var.

“The Turquoise Council of American and Eurasians” təşkilatının məlumatına görə, dəvət edilmiş qanunvericilərin bəziləri ABŞ Konqresində Azərbaycan kokusuna daxil olmalarını elan edəcək.
# 530

Oxşar yazılar