Milli Məclisin üzvləri AŞPA komitəsinin yığıncağına qatılıb
04 dekabr 2012 01:34 (UTC +04:00)

Milli Məclisin üzvləri AŞPA komitəsinin yığıncağına qatılıb

Dekabrın 3-də Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) gender bərabərliyi və qeyri-diskriminasiya komitəsinin yığıncağı keçirilib. Komitə üzvləri gündəliyə çıxarılan “Gender bərabərliyi və ailə-iş münasibətləri”, “Cənubi-Şərqi Avropada gender bərabərliyi”, “Avropada ənənəvi milli azlıqların hüquqları və vəziyyəti”, “Milli azlıqların hüquqları”, “Qadınların siyasətdə iştirakı və siyasi partiyalar “Qadınlara qarşı zorakılıq” və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Lent.az-ın «Azərtac»a istinadən məlumatına görə, Komitədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova məruzəçi təyin olunduğu “Əmək bərabərliyinin yaş diskriminasiyası” mövzusu üzərində iş, onun beynəlxalq əhəmiyyəti barədə danışıb, həmkarlarını maraqlandıran suallara cavab verib..

Milli Məclisin deputatı gündəlikdəki mövzular ətrafında gedən qızğın müzakirələrə ölkəmizin mövqeyini bildirib. O “Avropada ənənəvi milli azlıqların hüquqları və vəziyyəti” məsələsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Azərbaycanda çox sayda milli azlıqların yaşadığını, dövlətimizin onların dininin, dilinin, mədəniyyətinin və incəsənətinin inkişafına hərtərəfli qayğı göstərdiyini diqqətə çəkib.

Sonda komitə müzakirə olunan məsələlərlə bağlı qərarlar qəbul edib.
# 487

Oxşar yazılar