SAM-ın yaradılmasının 5 illiyi qeyd olundu
Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırma Mərkəzinin yaradılmasının 5 illiyi münasibətilə tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, media qurumlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər. Tədbirdə SAM-ın fəaliyyəti haqqında məlumat verilib, qurumun peşəkar araşdırmalar apardığı, müxtəlif layihələr həyətə keçirdiyi, beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələri qurduğu vurğulanıb. Ötən dövr ərzində SAM dünyanın 17 nüfuzlu beyin mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Yaxın gələcəkdə əlaqələrin coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulub. Tədbirdə qeyd olunub ki, bu günədək SAM-ın dəvəti ilə 53 ölkədən 220-dən artıq dövlət xadimləri, ekspertlər bu təşkilatının tədbirlərdə iştirak edib.
Tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov qurumun fəaliyyətini getdikcə genişləndirdiyini deyib: “Prezidentin göstərdiyi etimada əsaslanaraq gələcəyə inamla baxırıq. Bizim həm maddi texniki bazamız, həm də insan resurslarımız mövcuddur ki, bu da üzərimizə düşən işləri keyfiyyətlə yerinə yetirməyə imkan verir”.
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov qeyd edib ki, Strateji Araşdırmalar Mərkəzi Prezident İlham Əliyevin diqqət və qayğısını daim hiss edir: “Strateji Araşdırmalar Mərkəzi məhz cənab prezidentin hər zaman vurğuladığı kimi, qara qızılın intellektual kapitala çevrilməsinin göstəricisi olan bu qurumdur. Bu mərkəzin adı gələndə həm şimalda, həm şərqdə, həm qərbdə Azərbaycanın işlək beyin mərkəzi olduğunu deyirlər.
E. Aslanov SAM-a bundan sonrakı peşəkar fəaliyyətində və araşdırmalarında uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin fəaliyyətində rolu olan, həmçinin bu təşkilatla yaxından əməkdaşlıq edən təşkilatlar SAM-ın xüsusi mükafatları ilə təltif olunublar. Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alpər Coşqun, Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Səməd Seyidov, millət vəkilləri Asim Mollazadə, Rasim Musabəyov, "APA Holding"in prezidenti Vüsalə Mahirqızı, ATİB sədri Camal Yanğın, "Azərtac" Dövlət Agentliyinin baş direktoru Aslan Aslanov SAM-ın xüsusi mükafatı ilə təlltif olunublar.

Oxşar yazılar

Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52