Birləşmiş Ərəb Əmirliklərinin Müstəqillik Günü qeyd edilib
03 dekabr 2012 20:17 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Müstəqillik Günü qeyd edilib

0
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi ölkənin dövlət quruculuğunun 41-ci ildönümü münasibətilə qəbul mərasimi təşkil edib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BƏƏ-nın Azərbaycandakı səfiri Salem Xəlifə Əl-Ğafli Azərbaycanın bu ölkənin strateji tərəfdaşı adlandırıb: “Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri üçün əsas strateji tərəfdaşlardan biridir. Ölkələrimiz arasında səmərəli siyasi və iqtisadi əlaqələr var. Bu yaxınlarda Dubay Ticarət və Sənaye Palatasının Bakı ofisinin açılması da bu əlaqələrə gözəl nümunədir”.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək ölkəmizin BƏƏ ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə böyük önəm verdiyini deyib. Nazir iki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki tərəfdən istək və siyasi iradənin mövcudluğunu diqqətə çatdırıb. Əməkdaşlığın inkişafında Azərbaycan – BƏƏ hökumətlərarası komissiyanın böyük rol oynadığını deyən Şahin Mustafayev bu ay Abu-Dabidə qeyd olunan komissiyanın növbəti iclasının keçiriləcəyini, iclasda iki ölkə arasında ən müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün təklif və layihələrin müzakirə olunacağını deyib. Nazir Birləşmiş Ərəb Əmirliklərinin dövlət quruculuğunu 41-ci ildönümü münasibətilə Azərbaycan hökuməti adından təbriklərini çatdırıb.

Tədbirdə müxtəlif nazirliklərin, siyasət və biznes elitasının nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 831

Oxşar yazılar