Müsavat Partiyası Divanının toplantısı keçirilib
03 dekabr 2012 19:40 (UTC +04:00)

Müsavat Partiyası Divanının toplantısı keçirilib

0
Dekabrın 3-də Müsavat Partiyası Divanında toplantı keçirilib. Lent.az-ın məlumatına görə, toplantıda Müsavat Partiyasının başqanı İsa Qəmbər Berlin və Brüsseldə keçirdiyi toplantılar barədə məlumat verib. O, bildirib ki, Avropa Azərbaycanda baş verən proseslərlə ciddi maraqlanır.

Divanda Müsavat Məclisinin sədri Arzu Səmədbəyli Türkiyə səfəri haqqında məlumat verib. Arzu Səmədbəyli Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, professor Turan Yazqanın dəfn mərasimində iştirak etdiyini, mərhumun yaxınlarına və silahdaşlarına partiya başqanının başsağlığını çatdırdığını bildirib.

Müsavat Partiyasının iqtisadiyyat komissiyasının sədri Qubad İbadoğlu isə Qazaxstan və Stokholm səfəri barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 975

Oxşar yazılar