Elmar Məmmədyarov Argentinanın yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib - FOTO
03 dekabr 2012 17:50 (UTC +04:00)

Elmar Məmmədyarov Argentinanın yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib - FOTO

0
Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın ölkəmizə yeni təyin olunmuş müvəqqəti işlər vəkili Alberto Xose Alonsonu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Argentina arasında münasibətlərin inkişafından razılıq ifadə edilib, müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

Elmar Məmmədyarov tərəflər arasında son dövrlər həyata keçirilən qarşılıqlı səfərlərin Azərbaycanla Argentina arasındakı əlaqələrə yüksək töhfə verdiyini söyləyib. Alberto Xose Alonso isə ölkəmizə təyin olunmasından məmnun olduğunu bildirib. O, ölkəsinin Azərbaycanla münasibətlərinin inkişafında maraqlı olduğunu və iki ölkə arasında əməkdaşlığın inkişafı uçun səylə çalışacağını diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 566

Oxşar yazılar