Zakir Qaralov Vyanada antikorrupsiya tədbirində danışıb
03 dekabr 2012 17:46 (UTC +04:00)

Zakir Qaralov Vyanada antikorrupsiya tədbirində danışıb

Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında Sazişi ratifikasiya etmiş ölkə və təşkilatların yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə ilk iclası keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Baş prokuror Zakir Qaralov korrupsiyaya qarşı mübarizənin prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edib. Qeyd edilib ki, ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərə qoşulub, beynəlxalq konvensiyaların ölkə qanunvericiliyinə implementasiyasının həyata keçirilib, hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılıb.
Tədbir zamanı Akademiyanın rəhbəri Martin Kreutner və digər yüksək vəzifəli nümayəndələrlə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib.
Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizə tədbirlərini özündə əks etdirən bukletlər və Baş prokurorun çıxışının mətni tədbir iştirakçılarına paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775

Oxşar yazılar