Ölkəyə gələn əcnəbilərdən viza rəsmiləşdirilməsi üçün əl-barmaq izləri götürülməyəcək
0
0
Prezident İlham Əliyev Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, on gün müddətində Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”ndan Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi zamanı əl-barmaq izlərinin alınmasını nəzərdə tutan müddəaları çıxarsın və bu barədə Azərbaycan prezidentinə məlumat versin.
Xarici İşlər Nazirliyinə (XİN) tapşırılıb ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında” Azərbaycan prezidentinin fərmanında verilmiş tapşırıqların tam şəkildə icrasını təxirəsalınmadan təmin etsin, Azərbaycana gələn turistlərə elektron vizaların verilməsi üçün elektron ərizə formasının, tələb olunan digər sənədlərin siyahısının, habelə viza rəsmiləşdirilməsi ilə əlaqədar zəruri məlumatların on gün müddətində Azərbaycanın xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və konsulluqlarının viza rəsmiləşdirilməsi ilə bilavasitə məşğul olan əməkdaşları üçün elektron vizaların verilməsi ilə bağlı treninqlərin keçirilməsini təşkil etsin.
XİN və Milli Təhlükəsizlik Nazirliyinə isə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və konsulluqları tərəfindən turistlərə elektron vizaların verilməsi işini qısa müddət ərzində təşkil etmək tapşırılıb.
Sərəncamın icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcək.