Məhərrəm Əliyev Prezident Administrasiyasında şöbə müdiri oldu
30 noyabr 2012 20:20 (UTC +04:00)

Məhərrəm Əliyev Prezident Administrasiyasında şöbə müdiri oldu

Azərbaycan prezidenti İlham Əliyev Məhərrəm Əliyevi yeni vəzifəyə təyin edib.

APA-nın xəbərinə görə, M. Əliyev Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Prezidentin digər sərəncamı ilə M. Əliyevə general-leytenant hərbi rütbəsi verilib və o, həqiqi hərbi xidmətə qəbul edilib.

Qeyd edək ki, M.. Əliyev bundan əvvəl Bakı şəhər Baş Polis İdarəsinin rəisi və Azərbaycanın Tacikistandakı səfiri vəzifələrində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6221

Oxşar yazılar