Əli Abbasov İran səfiri ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Əli Abbasov Azərbaycanla İran arasında dost və qonşuluq müstəvisində davam edən münasibətlərdən söz açıb, gələcəkdə də bu münasibətlərin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırıb.
Ölkələrimiz arasında yaradılan əməkdaşlıqda informasiya-kommunikasiya texnologiyaları sahəsini yeni fürsət kimi dəyərləndirən Möhsün Pakayin də Azərbaycan və İranın müvafiq nazirlikləri arasında rabitə sahəsindəki mövcud əlaqələrin yüksək olduğunu, bu əlaqələrin daha da genişləndirilməsi üçün səfirliyin səylər göstərəcəyini söyləyib. O, eyni zamanda ölkələrimiz arasında internet, İKT, radioyayım, radiotezliklərin idarə edilməsi və başqa sahələrdə həlli nəzərdə tutulan məsələlərin danışıqlar yolu ilə həllini vacib sayıb, İranla Azərbaycanın İKT sahəsinin inkişafında bir-birinə qarşılıqlı kömək göstərməli olduqlarını vurğulayıb. Bu yaxınlarda Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Toplantısını da xatırladan İran səfir orada Azərbaycan tərəfinin iştirakına toxunub. O, gələcəkdə texniki problemlərin həllində mütəxəssislərin səylərini artıracaqlarını xüsusi qeyd edib. Azərbaycanda keçirilən “Bakutel” sərgi-konfransı ilə bağlı fikirlərini bölüşən Möhsün Pakayin İran şirkətlərinin burada milli pavilyonla təmsil olunmasının ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafında səmərə verə biləcəyini dilə gətirib və növbəti illərdə ölkəmizdə keçiriləcək bu tipli sərgilərdə iranlı şirkətlərin də səfirlik vasitəsilə dəvət olunması ilə bağlı arzusunu bildirib.
Əli Abbasov İKT-nin müxtəlif istiqamətləri, o cümlədən sərhəd bölgələrində mobil xidmətlərin düzgün tezliklərdə işlənməsi sahəsində səylərin artırılmasını, iqtisadi səmərəliliyin gücləndirilməsini vacib hesab edib. O, Azərbaycanın dünyanın bir sıra aparıcı ölkələri ilə birgə İKT sahəsi üzrə forumların təşkili təcrübəsini əsas götürərək, növbəti ildə İKT üzrə İran-Azərbaycan Forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. Əli Abbasov İrandan Azərbaycana daxil olan mobil telefon şəbəkəsindəki problemlərlə əlaqədar İran tərəfinin xahişi nəzərə alınmaqla yeni tarif siyasətinin həyata keçirilməsi üçün ölkəmiz tərəfindən təkliflər paketinin hazırlandığını, təkliflərin hər iki ölkənin mütəxəssisləri səviyyəsində baxılıb müzakirə edildikdən sonra bu problemin də aradan qaldırılacağına ümidvar olduğunu qeyd edib.

800