Prezident İlham Əliyev səfirlərin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev noyabrın 30-da Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jorj Tito de Vaskonselos Kabralın etimadnaməsini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Jorj Tito de Vaskonselos Kabral bu ilin iyununda ölkəsinin xarici işlər naziri ilə respublikamıza səfər etdiyini və bu səfərdən sonra Portuqaliya şirkətlərinin Azərbaycana marağının daha da artdığını qeyd edib. Azərbaycanla Portuqaliyanın dost dövlətlər olduğunu vurğulayan səfir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq aparılmasının önəmini vurğulayıb. Prezident İlham Əliyev iqtisadi və digər sahələrdə əməkdaşlığımızı sürətləndirmək üçün böyük potensialın olduğunu deyib. Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini məmnunluqla qeyd edib.
Ölkə başçısı həmçinin Seynt Vinsent və Qrenadinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Senio Elvin Lyuisin etimadnaməsini qəbul edib. Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.
Qeyd edək ki, dövlət başçısı Nigeriyanın və Çilinin Azərbaycanda yeni təyin olunmuş səfirinin də etimadnaməsini qəbul edib.

1102