Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artdı
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman verib. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dəyişiklik Dövlət Komitəsinin sədrinin Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən müavinlərinin sayının bir nəfərdən iki nəfərə çatdırılmasını nəzərdə tutur.
Eyni zamanda Komitə sədrinin müavinləri onlara Komitənin sədri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
Eyni zamanda Komitə sədrinin müavinləri onlara Komitənin sədri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
1270