Elmar Məmmədyarov: “Ermənistan Böyük Sülh Sazişini imzalamağa razılaşmalıdır”
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirib.
Avropa Birliyinin Filip Lefort regiona səfəri ilə bağlı öz mülahizələrini bölüşüb. Görüşdə regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb, regional əhəmiyyətli enerji layihələrindən bəhs olunub, Azərbaycanın Avropa üçün əhəmiyyəti vurğulanıb.
Ermənistan-Azərbaycan münaqişəsindən söz açan Elmar Məmmədyarov deyib ki, Ermənistan ATƏT-in Minsk Qrupunun təkliflərini qəbul edirsə, Böyük Sülh Sazişini imzalamağa razılaşmalıdır. Elmar Məmmədyarov Filip Lefortun diqqətinə çatdırıb ki, Xocalı hava limanı işə salınacağı və uçuşlar həyata keçiriləcəyi təqdirdə, sülh prosesinə ciddi zərbə vurulacaq. O, Avropa Birliyinin rəsmisinə xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də bu mövqedən çıxış edirlər. Elmar Məmmədyarov qeyd edib ki, münaqişənin həlli üçün əsas problem Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində mövcudluğudur.
Filip Lefort davamlı sülhün əldə olunması üçün iki icma arasında təmasların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

1753