Ermənilər “APA Holding”in əməkdaşını ölümlə hədələdilər
Azərbaycanlı jurnalist Ermənistan mətbuatında ölümlə təhdid olunub. APA-nın xəbərinə görə, “APA Holding”ə daxil olan Vesti.az İnformasiya Agentliyinin əməkdaşı Bəhram Batıyev barəsində “Ermənistanın səsi” (“Qolos Armenii”) qəzetində məqalə dərc olunub. Məqalə “Dağlıq Qarabağın ictimai xadimi, keçmiş orta məktəb müəllimi” Vigen Surenoviç Ayrapetyanın vəfatı ilə bağlı B. Batıyevin hazırladığı yazıya cavab olaraq yazılıb.
Qeyd edək ki, V.Ayrapetyan 1980-ci illərdə Azərbaycanın Dağlı Qarabağ bölgəsində baş qaldıran separatçılıq hərəkatının rəhbərlərindən olub. O, 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq, Ermənistana birləşməsi barədə Dağlı Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyasına sədrlik edib.
B. Batıyevin separatçı V. Ayrapetyanın ölməsi ilə bağlı hazırladığı materialda işlətdiyi bəzi ifadələr erməni jurnalistlərin xoşuna gəlməyib, azərbaycanlı jurnalisti bu ölümə sevindiyinə görə qınayan qəzet daha sonra bunları yazıb: “Vaxtı çatanda ölüm hamı üçün var. O cümlədən Vesti.az-dan olan bu axmaq üçün də. Amma görünür, onu vaxtından əvvəl cəzalandırmaq lazım gələcək”.

Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35