XİN: Misirdəki toqquşmalarda xəsarət alanların arasında azərbaycanlı yoxdur
29 noyabr 2012 12:20 (UTC +04:00)

XİN: Misirdəki toqquşmalarda xəsarət alanların arasında azərbaycanlı yoxdur

Misirdə prezident Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalar və aksiyalar zamanı Azərbaycan vətəndaşlarından xəsarət alan olmayıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qahirədə baş verən hadisələrlə bağlı Azərbaycan səfirliyi ilə mütəmadi əlaqə saxlanılır. Səfirlik də öz növbəsində oradakı Azərbaycan vətəndaşları ilə əlaqədədir: “Səfirlik tərəfindən Azərbaycan vətəndaşlarına hərəkəti nisbətən məhdudlaşdırmaq, xüsusilə də şəhərin mərkəzi hissələrinə girməmək tövsiyə olunub. Hazırda səfirlik normal iş rejimində fəaliyyətini davam etdirir”.

Qeyd edək ki, bir neçə gündür ki, Misirin paytaxtı Qahirədə prezident Məhəmməd Mursinin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Həmçinin dünən paytaxt Qahirədən 80 km şimalda - Mahalle el-Kubre şəhərində Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında şiddətli toqquşmalar baş verib. Günorta başlanan toqquşmalar gecə saatlarında küçə döyüşləri ilə davam edib. Tərəflər odlu silahdan istifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar