AŞ PA-nın qış sessiyasının gündəliyinə Azərbaycanla bağlı məruzə daxil ediləcək
29 noyabr 2012 11:59 (UTC +04:00)

AŞ PA-nın qış sessiyasının gündəliyinə Azərbaycanla bağlı məruzə daxil ediləcək

Bu barədə Lent.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Spiker həmməruzəçilərə ötən görüşlərini xatırladaraq, aparılan müzakirələrin Azərbaycanla Avropa Şurası arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib. Sonra parlamentin sədri ölkəmizdə həyata keçirilən islahatlar, insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası və onun Parlament Assambleyası ilə əlaqələrin inkişafında maraqlıdır. Ölkəmiz Avropa Şurasının 55 sənədinə qoşulub, təşkilat qarşısında götürdüyü öhdəliklərə daim hörmətlə yanaşıb, onları ardıcıl olaraq həyata keçirib. Bu öhdəliklərin böyük əksəriyyəti artıq yerinə yetirilib.

O. Əsədov vurğulayıb ki, Azərbaycanda kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları sərbəst fəaliyyət göstərirlər. Ölkədə demokratiyanın dərinləşməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Bütün bunlar Azərbaycan hökumətinin və dövlətinin bu sahəyə göstərdiyi böyük diqqətin nümunəsidir.
Həmməruzəçilər ölkəmizə səfərləri zamanı keçirdikləri görüşlərdən danışaraq bildiriblər ki, məqsəd ölkəmizlə bağlı hazırlanan məruzənin son detallarını müvafiq qurumlarla müzakirə etməkdir.

Məruzə Monitorinq Komitəsinin cari ilin dekabrında Parisdə keçiriləcək iclasında müzakirə olunduqdan sonra AŞ PA-nın gələn ilin qış sessiyasının gündəliyinə daxil ediləcək. Söhbətdə qeyd edilib ki, məruzədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ və Cənubi Qafqazdakı vəziyyət öz əksini tapacaq. Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar