Azərbaycan- İsveçrə  əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
29 noyabr 2012 04:25 (UTC +04:00)

Azərbaycan- İsveçrə əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyindən Лent.az-a daxil olan məlumatda bildirilib ki, noyabrın 28-də Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallı Azərbaycan Respublikası hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyasının İsveçrə tərəfindən həmsədri, İsveçrə federal iqtisadiyyat departamentinin ikitərəfli iqtisadi əlaqələr idarəsinin rəhbəri səfir Erik Martin ilə görüşüb.

E.Martin 2011-ci ilin dekabrında Azərbaycan Respublikası hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 5-ci iclasında iştirak etmək üçün Azərbaycana səfərini məmnunluqla xatırlayıb, ikitərəfli əməkdaşlıqda yaranmış müsbət dinamikanı yüksək qiymətləndirərək birgə komissiyanın iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi baxımından oynadığı müstəsna rolu vurğulayıb.

İsveçrə federal iqtisadiyyat departamentinin ikitərəfli iqtisadi əlaqələr idarəsinin rəhbəri iki ölkə arasında enerji sahəsi ilə yanaşı, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları sahəsindəki geniş potensialdan istifadə edərək İsveçrə tərəfinin Azərbaycan ilə bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi istəyini bildirib, birgə komissiyanın İsveçrə tərəfindən olan həmsədri Holcim başda olmaqla, ölkəmizdə işləyən İsveçrə şirkətlərinin fəaliyyəti üçün yaradılan şəraitə görə, Azərbaycan tərəfinə təşəkkürünü bildirib, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətini müsbət qiymətləndirib.

Ə.Zeynallı iqtisadi sahədə ikitərəfli münasibətlərdə əldə edilmiş nailiyyətlərdən danışaraq gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib. İki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə uğurla genişlənən əlaqələr haqqında məlumat verən səfir Azərbaycan ilə İsveçrə arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün müsbət şəraitin olduğunu bildirib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və iki ölkə arasında geniş tərkibli biznes forumlarının təşkilinin vacibliyi ön plana çəkərək, bu istiqamətdə lazımi tədbirlərin görülməsi razılaşdırılıb.

Görüşdə həmçinin birgə ikitərəfli komissiyanın 2011-ci ilin dekabrında Bakıda keçirilmiş 5-ci iclasının yekunlarına əsasən imzalanmış müvafiq protokolda əksini tapmış məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179

Oxşar yazılar