“Avropa, Qafqaz və Orta Asiya nəqliyyat dəhlizi Sazişi” imzalanıb
29 noyabr 2012 03:56 (UTC +04:00)

“Avropa, Qafqaz və Orta Asiya nəqliyyat dəhlizi Sazişi” imzalanıb

Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan arasında “Avropa, Qafqaz və Orta Asiya nəqliyyat dəhlizi Sazişi” imzalanıb.

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə,Türkiyənin İzmir şəhərində 6 ölkədən nazir, 6 ölkədən isə nazir müavini və məsul şəxslərin iştirakı ilə keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin nəqliyyat nazirlərinin toplantısından sonra gerçəkləşdirilən imzalama mərasimində sazişi Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın nəqliyyat naziri Georgi Kıvınaşvili və Qazaxıstanın nəqliyyat nazirinin müavini Kairat Absattarov imzalayıblar.

Toplantıda «TRACECA» proqramı çərçivəsində niyyət protokolu və Türkiyə, Azərbaycan və Gürcüstan arasında Bakı-Batumi-Trabzon magistral avtomobil yolunun beynəlxalq standartlara uyğun olaraq rekonstruksiyasına dair B.Yıldırım, Z.Məmmədov və G.Kıvınaşvili əməkdaşlıq sazişi də imzalayıblar.

QDİƏT ölkələrinin nəqliyyat nazirləri təşkilat çərçivəsində həyata keçirilən nəqliyyat layihələrinin perspektivlərini, yükdaşımaların son vəziyyətini və kommunikasiya sahəsində yeni layihələri də müzakirə etmişlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820

Oxşar yazılar