Ramil Usubov AŞPA həmməruzəçilərini qəbul edib
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib. Lent.az-ın DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ölkədə demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyindən söz açan general-polkovnik Ramil Usubov ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni qanunların qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların ekspertlərinin böyük rolu olduğunu, qanunların icrasına böyük önəm verildiyini diqqətə çatdırıb.
Nazir həmçinin bildirib ki, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin tənzimlənməsi və hüquq qaydasının təmin olunmasında vətəndaşların fəal iştirakı məqsədilə, ATƏT-in Bakı Ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ilin yanvar ayından respublikanın bir sıra şəhər və rayon polis orqanlarında polis sahə inspektorlarının xidməti eksperiment qaydasında «Cəmiyyət dəstəkli polis» layihəsi həyata keçirilib.
Ramil Usubov onu da qeyd edib ki, təkcə son 5 ildə vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, proses iştirakçıları haqqında müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1169 əməkdaş cəzalandırılıb, onlardan 86-sı DİO-dan xaric edilib, 18-i isə cinayət məsuliyyətinə cəlb edilib.
Cənab Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex səmimi qəbula görə təşəkkür edərək, nazirin kriminogen durum və polis fəaliyyətinin daha da təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına dair verdiyi geniş və ətraflı məlumatın onların bir çox suallarını cavablandırdığını bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

774