Asəf Hacıyev: “Ermənistan Azərbaycana vurduğu ziyanı ödəməlidir”
28 noyabr 2012 17:33 (UTC +04:00)

Asəf Hacıyev: “Ermənistan Azərbaycana vurduğu ziyanı ödəməlidir”

0
“Dünya Bankının qiymətləndirməsinə əsasən, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ötən illər ərzində Ermənistanın Azərbaycana vurduğu maddi ziyanın həcmi 60 milyard dollardır”. Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının Bakıda keçirilən 40-cı sessiyasının yekunların həsr olunmuş mətbuat konfransında bu qurumun vitse-prezidenti Asəf Hacıyev söyləyib.

Asəf Hacıyev bildirib ki, artıq dünya gözlərini açmalı və Ermənistanın təcavüzkarlığına layiqli qiymətini verməlidir: “Düzdür, Azərbaycan güclü, inkişaf etmiş dövlətdir. Ancaq buna baxmayaraq, bir gün Azərbaycana vurulmuş ziyanın cavabı verilməlidir. Hesab edirəm ki, bu, gələcəkdə hansısa formada Ermənistan tərəfindən Azərbaycana kompensasiya şəklində ödənilməlidir və ödəniləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 968

Oxşar yazılar