Artur Rəsizadə latviyalı həmkarı ilə görüşüb
28 noyabr 2012 17:30 (UTC +04:00)

Artur Rəsizadə latviyalı həmkarı ilə görüşüb

Baş nazir Artur Rasizadə ölkəmizdə səfərdə olan Latviya baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, geniş tərkibdə keçirilən görüşdə qonaqları salamlayan A.Rasizadə bildirib ki, Latviya hökuməti başçısının ölkəmizə səfəri dövlətlərimiz arasında əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaq.

A.Rasizadə ölkəmizin sosial-iqtisadi inkişafı barədə qonaqlarla məlumat verərək, Azərbaycanın enerji təhlükəsizliyinin tam təmin olunduğunu, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib. Latviya Respublikasının baş naziri səfərindən məmnun olduğunu söyləyib. Bildirib ki, həm Azərbaycan, həm də Latviya investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün lazımi imkanlara malikdirlər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar