Azərbaycan prezidenti AB nümayəndəsini və Latviyanın baş nazirini qəbul edib
28 noyabr 2012 16:01 (UTC +04:00)

Azərbaycan prezidenti AB nümayəndəsini və Latviyanın baş nazirini qəbul edib

Prezident İlham Əliyev noyabrın 28-də Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Filip Lefort Avropa Komissiyası sədrinin müavini, Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə ölkəmiz ilə Avropa Birliyi arasında əməkdaşlığın inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Avropa Komissiyası sədrinin müavini, Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi K. Eştonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını K. Eştona çatdırmağı xahiş edib.

Dövlət başçısı bu gün həmçinin Latviya Respublikasının baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan dövlət başçısı yüksək səviyyəli qarşılıqlı səfərləri bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan V. Dombrovskis paytaxtımızda gedən yüksək inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyib. Azərbaycanla Latviya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayan baş nazir əlaqələrimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar